Accessibility links

Rusiyanın Vaşinqtondakı səfirliyi qarşısındakı ərazinin Boris Nemtsov Meydanı adlandırılması barədə təşəbbüs irəli sürülüb


Florida ştatından ABŞ senatoru Marko Rubio Rusiyanın Vaşinqtondakı səfirliyi qarşısındakı ərazinin Boris Nemtsov Meydanı adlandırılması barədə təşəbbüslə çıxış edib.

Boris Nemtsov Meydanı Putin regimi və Rusiya xalqının yaşayan dissident səsləri, azadlıq müdafiəçilərinin susdurulmayacağına dair daimi xatirə simvolu olacaq

2016-cı il ABŞ prezidentliyi uğrunda yarışlarda iştirak edən Rubio təklifi Rusiyanın müxalifət lideri Nemtsovun qətlinin ikinci ildönümü irəli sürüb.

Təklifə əsasən bu ad səfirliyin girişindəki böyük meydana verilməlidir. Beləliklə Amerika xalqı Rusiya prezidenti Vladimir Putinin zorakılıqlarına dair xəbərdar edilmiş olacaq.

“Boris Nemtsov Meydanı Putin regimi və Rusiya xalqına yaşayan dissident səsləri, azadlıq müdafiəçilərinin susdurulmayacağına dair daimi xəbərdarlıq simvolu olacaq”- deyə Rubionun bəyanatında deyilir.

Marko Rubio
Marko Rubio

Senator deyib ki, küçə ünvanı və bu ünvana gələn minlərlə məktub Kremlə dissidentlərin qorxudulması və qətlinin diqqətsiz qalmayacağına işarə olacaq.

Fevralın 26-da paytaxt Vaşinqtonda Boris Nemtsovun anım aksiyasının təşkilində "Açıq Rusiya" hərəkatının koordinatoru Vladimir Qara-Murzanın rolu böyük olub.

Qara-Murza
Qara-Murza

Müxalifətçi Facebook səhifəsində senator Rubioya təşəkkürünü bildirib.

“Bu təşəbbüsün presedenti var: 1984-cü ildə Senatın qətnaməsi ilə o zamanı SSRİ səfirliyi önündəki əraziyə Andrey Saxarov adı verilmişdi. SSRİ-nin xarici İşlər Nazirliyinin qəzəbindən söz açmağa dəyərmi? 90-cı illərdə yeni Rusiyanın rəhbərləri Saxarovun büstünü həmin binadakı səfirliyə yerləşdirmişdi” - deyə Qara-Murza yazıb.

ABŞ-ın Rusiyadakı səfiri Con Tefft Nemtsovun öldürüldüyü yeri ziyarət edib. ABŞ-ın Dövlət Departamenti onun xatirəsinə xüsusi bəyanatla çıxış edib.

Con Tefft
Con Tefft

ABŞ paytaxtında keçirilən mərasimə demokrat senator Ben Kardin də qatılıb. Maqnitski qanununun təşəbbüskarlarından biri olan Kardin Nemtsovu cəsarət və Rusiyada fundamental hüquqların müdafiəsinin timsalı adlandırıb.

“Rusiyanın sabiq vitse-baş naziri və Putinin tənqidçisinin ölümünün daha bir ildönümü qanunsuzluqlara qarşı mübarizənin genişləndirilməsinə nümunədir“- deyə Kardin sözünə davam edib.

Nemtsovun anım mərasimləri Vaşinqtondan başqa Nyu-York və Sаn-Fransisko kimi bir neçə şəhərdə təşkil edilib.

Həftə sonu Rusiyanın paytaxtı Moskvada da minlərlə insan müxalifət lideri Boris Nemtsovun xatirəsini anıb.

Yürüş zamanı "Rusiya azad ediləcək" kimi şüarlar yazılan plakatlar qaldırılıb.

Müxalifət onun ölümündə hökuməti günahlandırır.

Kreml isə qətllə əlaqəsi olmadığını bildirir.

Qətllə bağlı 5 nəfər çeçen həbs edilib.

Prezident Putin qətli provokasiya adlandıraraq, hadisə ilə əlaqəli hər bir şəxsin məsuliyyətə cəlb edilərək, cəzalandırılacağına vəd verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG