Accessibility links

Ruhani: İran ABŞ-ın yeni sanksiyalarına müqavimət göstərəcək


İran prezidenti Həsən Ruhani ölkəsinin Birləşmiş Ştatların sanksiyalarına müqavimət göstərəcəyini və İslam Respublikasına qarşı yeni sanksiyalara cavab verəcəyini bildirib.

“Biz Birləşmiş Ştatlara müqavimət göstərəcəyik. Böyük İran dövləti münasib cavab verəcək”, Ruhani bildirib.

İran prezidenti bu açıqlamanı Nazirlər kabinetinin televiziya ilə yayımlanan iclası zamanı verib. Birləşmiş Ştatlar bundan bir gün əvvəl Tehranın ballistik raket proqramını dəstəkləməkdə ittiham olunan 18 İran vətəndaşı və iki qrupa qarşı yeni sanksiyalar tətbiq edib.

Biz Birləşmiş Ştatlara müqavimət göstərəcəyik. Böyük İran dövləti münasib cavab verəcək.

ABŞ Dövlət Departamenti İranın elitar İnqilab Keşikçiləri ilə əlaqəsi olan bu iki qrupun ballistik raket proqramı ilə bağlı tədqiqat və proqramın inkişaf etdirilməsinə cəlb olunduğunu bildirib.

İranın xarici işlər naziri Məhəmməd Zərif
İranın xarici işlər naziri Məhəmməd Zərif

Dövlət Departamenti eyni zamanda, İranın fəaliyyətlərinin Yaxın Şərqdə “regional sabitliyi, təhlükəsiziyi və tərəqqini” pozduğunu bildirib.

Bu arada, ABŞ-ın Maliyyə nazirliyi beş şəxsə və yeddi qrupa qarşı İranın hərbi transaksiyalarını dəstəkləməklə bağlı sanksiyalar tətbiq edib. Üç başqa iranlı isə “İranda qərargahlanan transmilli cinayətkar təşkilat”ın bir hissəsi olduğuna görə sanksiyalara məruz qalıb.

Sanksiyalara əsasən, həmin şəxslərin ABŞ-da hesabları dondurulur və amerikalıların onlarla biznes əlaqələrinin qarşısı alınır.

İranın xarici işlər naziri Məhəmməd Zərif Nyu Yorkda BMT-də Amerikanın Səsinə deyib ki, sanksiyalar Birləşmiş Ştatlarla “təəssüf ki, pis vərdişə çevrilib” və ABŞ İrandan cavab tədbirləri gözləyə bilər.

XS
SM
MD
LG