Accessibility links

Ruhani BMT-nin Baş Assambleyasında sərt çıxış edib


İqtisadiyyatının zəiflədiyi və Yaxın Şərqin koronavirus epidemiyası ilə mübarizə apardığı bir vaxt İran prezidenti çərşənbə axşamı BMT-nin Baş Assambleyasında etdiyi alovlu çıxışı zamanı məhz ABŞ-ın İranın mətanəti qarşısında təslim olacağını deyib.

Həsən Ruhaninin əvvəlcədən hazırlanmış virtual çıxışını Donald Trampın 2018-ci ildə dünya qudrətlərinin İranla əldə etdiyi nüvə razılığndan çıxarmasından və ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsindən sonra İran valyutasının ABŞ dollarına nisbətdə ən aşağı səviyyəyə düşməsindən bir neçə gün sonra edib.

Razılaşma Obama administrasiyası tərəfindən imzalanmışdı. Sanksiyalar İrana dünya miqyasında öz neftini satmağa qadağa qoyur.

"ABŞ bizi nə danışıqlara məcbur edə bilər, nə də müharibə elan edə bilər. Sanksiyalar altında həyat çətindir. Lakin müstəqillik olmadan yaşamaq daha çətindir" - deyə, Ruhani bildirib.

Ruhani ölkəsinin acınacaqlı vəziyyətini may ayında Minneapolisdə ağdərili polis zabitinin dizini boynuna basaraq öldürdüyü qaradərili amerikalı Corc Floydla müqayisə edib. Floydun ölümü qaradərililəri dəstəkləyən ümumxalq etirazlarına səbəb olub.

"Bu bizə öz təcrübəmizi xatırladır. Boğazımıza çökən ayaqların müstəqil ölkələr üzərinə çökən təkkəbürlü ayaqlar olduğunu dərhal hiss edirik" , İran lideri əlavə edib.

O, hökmranlıqdan qurtarmaq və azadlığını əldə etməyin İrana baha başa gəldiyini deyib.

Ruhani millətinin sanksiyalara layiq olmadığını və 1953-cü ildə ABŞ-ın dəstəklədiyi İranda şahın idarəsini möhkəmləndirən zərbədən bəhs etmədən əvvəl ABŞ-ı "terrorçu və xarici müdaxiləçi" olaraq xarakterizə edib. O deyib ki, məhz bundan sonra İran İslam İnqilabına qalxıb. Buna sabəb olan ABŞ-ən dünyada nüvə silahlarından istifadə edən ilk ölkə olduğunu vurğulayıb.

Tehran nüvə razılaşmasına əməl etmədiyi üçün bu həftə Ağ Ev BMT-nin İrana qarşı bütün sanksiyalarını tətbiqinə sərəncam verib və İslam Respublikasına qarşı maksimum təzyiq kampaniyasını ikiqat artırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG