Accessibility links

Həsən Ruhani: Danışıqları dünya qüdrətləri ilə aparırıq, Konqreslə deyil


İran prezidenti Həsən Ruhani deyib ki, İran yekun razılığının əldə edilməsi üçün ABŞ qanunvericiləri deyil, dünyanın altı qüdrətli dövləti ilə danışıqlar aparır.

Cənab Ruhaninin bu açıqlamaları Vaşinqtonda prezident Barak Obamanın razılığın ABŞ Konqresində baxılmasını nəzərdə tutan qanun layihəsinə imza atacağını bildirməsinə münasibət kimi dəyərləndirilir.

Rəşt şəhərində minlərlə insan qarşısında danışan cənab Ruhani həmçinin Tehranın sanksiyalar aradan qaldırılmayana qədər yekun razılığını imzalamayacağına dair mövqeyini bir daha təkrar edib.

Senatın Xarici Əlaqələr Komitəsi hər iki partiyanın nümayəndələrinin kompromis əldə etməsindən sonra sənəd qəbul edib. Sənəddə razılığın 30 gün müddətində nəzərdən keçirilməsinə və prezidentin hər 90 gün ərzində İranın nüvə fəaliyyətlərini dayandırdığını təsdiq etməsinə çağırılır. Şərtlər pozulduğu haqda Konqresin sanksiyaları yenidən tətbiq ediləcək.

ABŞ Dövlət katibi Con Kerri prezident Obamanın Konqresin qəbul etdiyi sənədinə imza atmağa söz verməsindən sonra İranla yekun razılığın əldə edliməsinə əmin olduğunu bildirib.

XS
SM
MD
LG