Accessibility links

Trampın nüvə sazişi ilə bağlı açıqlaması İran tərəfindən tənqidlə qarşılandı


İran prezidenti cümə günü deyib ki, 2015-ci ildə altı dünya qüdrəti ilə imzalanan nüvə sazişi ləğv edilə bilər. Bu sözlər ABŞ prezidenti Donald Trampın İranın nüvə anlaşmasına riayət etdiyini təsdiqləməyəcəyini bildirməsindən sonra deyilib.

Trampın açıqlamasından sonra bütün ölkəyə yayımlanan televiziya nitqində İran prezidenti Həsən Ruhani sazişə imza atan tərəflərin hər birini öhdəliklərinə sadiq qalmalarını çağırıb. O əlavə edib ki, bu ölkələr arasında imzalanan nüvə sazişi beynəlxalq diplomatiyanın ən əhəmiyyətli nailiyyətlərindən biridir və İran ona əməl etməyə davam edəcək.

Ruhani çıxışında bildirib ki, “İran İslam Respublikası sazişdən çıxan ilk ölkə olmayacaq. Amma sazişdə qeyd olunan hüquqlara və maraqlara hörmət edilməsə, İran öhdəliklərinin icrasını dayandıraraq, özünün sülh xarakterli nüvə proqramını heç bir məhdudiyyət olmadan bərpa edəcək.”

İran lideri, Trampın İranı “diktatorluq” və “yaramaz rejim” kimi xarakterizə etməsinə cavab olaraq Amerika prezidentini “yalançı” və “diktator” adlandırıb.

XS
SM
MD
LG