Accessibility links

Ruhaninin Qərbi Azərbaycana səfəri zamanı bir neçə fəal saxlanılıb


Hüquq müdafiəçilərinin bildirdiyinə görə, prezident Həsən Ruhaninin Qərbi Azərbaycan vilayətinə səfəri zamanı nümayişləri önləmək üçün təhlükəsizlik tədbirləri gücləndirilib.

İnsan haqları pozuntularına dair məlumat yayan HRA agentliyinə istinadən Xoy şəhərində Cavad Əhmədi Yekanlı və Vəhid Nəcəfi adlı türk fəallar nəzarət altına alındığı bildirilir.

Həsən Ruhaninin Qərbi Azərbaycan vilayətinə səfəri ərəfəsində Urmiyə və Xoy kimi şəhərlərdə “vədlərini yerinə yetirməyən hökümətə etiraz” bildirməyə çağırış vərəqələri dağıdılıb.

“İki fəal səkkiz saatlıq sorğu-sual ardından sərbəst buraxılıb. Təhlükəsizlik qurumu onların mobil telefonlarını müsadirə edib” , agentlik bildirib.

Həsən Ruhaninin Qərbi Azərbaycan vilayətinə səfəri ərəfəsində Urmiyə və Xoy kimi şəhərlərdə “vədlərini yerinə yetirməyən hökümətə etiraz” bildirməyə çağırış vərəqələri dağıdılıb.

HRA-nın xəbərinə görə, təhlükəsizlik tədbirləri həmin çağırışlar üzündən gücləndirilib.

Etiraz çağırışlarında prezident Ruhaninin Türk Dil Qurumunun təsisi və Urmiyə Gölünün canlandırılmasına dair verdiyi vədləri yerinə yetirməməsi, həmçinin Qərbi Azərbaycan vilayətindəki iqtisadi vəziyyətin getdikcə pisləşdiyinə diqqət çəkilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG