Accessibility links

Rusiya İslam Dövlətinə qarşı kruiz raketləri atıb


Rusiyanın müdafiə nazirliyi bildirir ki, Rusiya qüvvələri Aralıq Dənizindən Suriyada İslam Dövləti qrupunun hədəflərinə qarşı dörd kruiz raketi atıb.

Nazirlik raketlərin freqat (keşik çəkən hərbi gəmi) və sualtı qayıqlarlardan atıldığını və nəticədə Palmira şəhəri yaxınlığında ağır silahlarla İslam Dövləti militantlarını vurduğunu bildirib.

Rusiya raketləri atmadan öncə Birləşmiş Ştatlar, Türkiyə və İsrailə xəbər verdiyini deyir, amma hücumun dəqiq vaxtını bildirmir.

Son bir il ərzində Palmira ərazisində bir çox döyüşlər olub. Şəhərə ya İslam Dövləti döyüşçüləri ya da Suriya höküməti nəzarət edib. Hazırda isə şəhərə nəzarət Suriya qüvvələrinin əlindədir.

Rusiya qüvvələri 2015-ci ildən bəri Suriya prezidenti Bəşər Əl-Əəsədi dəstəkləyir. Birləşmiş Ştatlar və digər ölkəlr isə Rusiyanı İslam Dövləti hədəflərinə qarşı kifayət qədər hava hücumları aparmamaqda günahlandırır.

XS
SM
MD
LG