Accessibility links

Rumıniya Sosial Demokrat partiyası parlament seçkilərində qələbə çalıb


Rumıniyanın Sosial Demokrat partiyası ölkədə keçirilən parlament seçkilərində hər iki palatada yerlərin 46 faizini alaraq qələbə çalıb.

Rəsmi nəticələr Milli Liberal partiyanın 20 faizlə ikinci yerdə gəldiyini göstərir.

Korrupsiya əleyhinə platformadan çıxış edərək kampaniya keçirən Rumıniya Birliyinin Xilası partiyası isə üçüncü yerdə gəlir.

Bazar günü keçirilən seçkilərdən sonra parlamentin dəqiq tərkibinin bu həftənin sonunda elan ediləcəyi gözlənilir.

Sosial Demokrat partiyasının üzvü, sabiq baş nazir Viktor Ponta ötən ilin oktyabrında gecə klubunda 64 nəfərin ölümünə səbəb olan yanğının ardınca keçirilən etiraz nümahyişlərindən sonra vəzifəsindən istefa vermişdir.

Sosial Demokratik partiyasının hazırkı sədri Liviu Draqnea 2012-ci ilin iyulunda o zaman prezident olan Trayan Başeskunun impiçment edilməsi üçün keçirilən referendumda səslərin sayının şişirdilməsində təqsirli bilinərək apreldə seçki fırıldaqçılığı ittihamı ilə iki il şərti həbs cəzasına məhkum edilib.

Rumıniya prezidenti Klaus İohannis hüquqi problemləri olan hər hansı şəxsi baş nazir vəzifəsinə təyin etməkdən imtina edib.

19 milyon əhalisi olan Rumıniya Avropa İttifaqının ən yoxsul və ən korrupsiyalaşmış ölkələrindən biridir.

XS
SM
MD
LG