Accessibility links

Rupert Murdoch evlənir


Rupert Murdoch and Jerry Hall seen at Twentieth Century Fox Golden Globes Party on Sunday, Jan. 10, 2016.
Rupert Murdoch and Jerry Hall seen at Twentieth Century Fox Golden Globes Party on Sunday, Jan. 10, 2016.

Media maqanatı Rupert Murdoh (Rupert Murdoch) və keçmiş model Cerry Hall (Jerry Hall) evlənmək haqda qərar verdiklərini bildiriblər.

Bu, 84 yaşlı milyarder biznesmen Murdohun dördüncü, üzun müddət Rolling Stone qrupunun ifaçısı Mik Caggerlə (Mick Jagger) münasibəti olan 59 yaşlı Hallın isə ilk evliliyi olacaq.

Daha öncəki evliliklərindən Murdohun altı, Hallın isə Mik Caggerdən dörd övladı var.

Britaniyanın The Times qəzetində çıxan elanda cütlüyün bazar günü Los Ancelesdə nişanlandığı bildirilir. Media xəbərlərində verilən məlumata görə, onlar son bir neçə aydır görüşürdülər.

İki gün öncə isə cütlük Beverli Hillsdə Qızıl Qlobus (Golden Globe) mükafatlarıının təqdimatı mərasimində iştirak edib.

XS
SM
MD
LG