Accessibility links

Rus maqnatı Mixail Xodorkovski 14 il həbs cəzasına məhkum edildi


Rus maqnatı Mixail Xodorkovski 14 il həbs cəzasına məhkum edildi
Rus maqnatı Mixail Xodorkovski 14 il həbs cəzasına məhkum edildi

Rusiyada demokratiyanın testi kimi qiymətləndirilən məhkəmədə sabiq rus maqnatı Mixail Xodorkovski 14 il həbs cəzası alıb. Hakim Viktor Danilkin Xodorkovskini rəhbərlik etdiyi neft şirkətindən oğurluq etmək və pulları yumaq üzrə məhkum edib. Həbs cəzasına Xodorkovskinin indiyədək çəkdiyi cəza müddəti də daxildir. Beləlikə Xodorkovski 2017-ci ilədək həbsdə qalacaq.

Rusiyanın vaxtilə ən varlı adamı olan Xodorkovski o vaxtkı prezident Vladimir Putinə qarşı çıxdıqdan sonra siyasi hücumlara məruz qaldı. Hələ hökm oxunmamışdan öncə indi baş nazir qismində çalışan Putin ictimaiyyətlə telefonda vasitiəsilə keçirilən sual-cavab sessiyasında oğrunun məhbəsdə qalmalı olduğunu demişdi.

XS
SM
MD
LG