Accessibility links

Rus və ingilis azarkeşlər arasında yeni qarşıdurma


Dünən futbol üzrə Avropa Çempionatında 1-1 hesabı ilə bitən Rusiya- İngiltərə matçından sonra azarleşlər arasında qarşıdurma olub. Matçdan əvvəlki vəziyyətdən fərqli olaraq bu dəfə ruslar ingilis azarkeşlərə hücum edib. Hadisə Fransanın Marsel şəhərində baş verib.

Matç rusların son dəqiqədə vurduğu qolla bərabərə başa çatandan sonra rus azarkeşlər təhlükəsizlik baryerlərini aşaraq ingilislərin olduğu sektora adlamaq istəyiblər.

UEFA rəhbərliyi bildirib ki, zorakılığa görə Rusiya tərəfi ciddi sanksiyalarla üzləşə bilər. Qurum bəyan edib ki, Marseldə baş verənləri qətiyyətlə pisləyir və bildirir ki, bu cür zorakı hadisələrdə iştirak edənlərə futbolda yer yoxdur. UEFA hakimlərin 2012-ci ildə Polşada keçirilən Avropa çempionatında rus fanatların təhlükəsizlik xidmətinin əməkdaşlarına hücumunu da nəzərə ala biləcəyini açıqlayıb.

Marseldə son 3 gündə ingilis və rus azarkeşlər arasındakı qarşıdurmalar nəticəsində 35 adam müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Qarşıdurmaya görə, hətta polis bir neçə nəfəri saxlayıb.

XS
SM
MD
LG