Accessibility links

Azərbaycanda orta məktəblərdə 90 min şagird rus dilində təhsil alır


113 saylı orta məktəb

“Azərbaycanın orta məktəblərində 90 min şagird rus dilində təhsil alır”.

APA agentliyinin məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "Təhsil, elm və mədəniyyət sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının vəziyyəti və perspektivləri" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, rus dilinin Azərbaycanda öyrənilməsi multikulturalizm prinsipinə əsaslanır.

“Bu gün 340 orta məktəbdə 90 min şagird rus dilində təhsil alır. 450 mindən çox şagird isə rus dilini xarici dil kimi öyrənir”, nazir qeyd edib.

Azərbaycanın ümumtəhsil sistemində 1 milyon 200 minə yaxın şagird təhsil alır. Göründüyü kimi ölkənin ümüumtəhsil sistemində rus dilində təhsil alanlar 8 faizə yaxındır.

XS
SM
MD
LG