Accessibility links

Rusiya ABŞ-la raketlərdən müdafiə sistemi ilə bağlı mübahisələrdə ortaq zəmin əldə ediləcəyinə ümid bəsləyir


Rusiyanın baş nazir müavini Dmitri Roqozin prezident seçkilərindən sonra Amerika ilə raketlərdən müdafiə sistemi ilə bağlı mübahisələrdə ortaq zəmin əldə ediləcəyinə ümid bəslədiyini deyib.

Bu gün Moskvada keçirilən mətbuat konfransında Roqozin bildirib ki, ABŞ prezidentinin Rusiyanın mövqeyini hesaba alacağını düşünür.

Mart ayında açıq mikrofona danışdığından xəbərsiz olan prezident Obama seçkilərdən sonra məsələyə daha yumşaq yanaşağını demişdi.

Rusiya və Amerika Birləşmiş Ştatları müdafiə planı ilə bağlı razılığa gələ bilmir. Amerika bu sistemin İran kimi ölkələrin təhlükəsindən müdafiə mahiyyəti daşıdığını və Rusiyaya qarşı yönəlmədiyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Nazarbayev etirazlardan sonra ilk dəfə video müraciət yayımlayıb
please wait

No media source currently available

0:00 0:10:04 0:00
XS
SM
MD
LG