Accessibility links

Rusiya əsgərləri Amerikanın Səsinin müxbirinin video kameralarını müsadirə edib


Rusiya əsgərləri Krımda mühasirəyə alıb, Ukrayna hərbçilərinin təslim olmasını tələb etdikləri Belbek hərbi hava bazası yaxınlğında Amerikanın Səsinin müxbirinin video kameralarını müsadirə edib.

Amerikanın Səsinin müxbiri Daniyel Şörf kameraların çəkiliş qrupu ilə Rusiyanın zirehli formada olan hərbi personalı və hərbi maşınlarını çəkdiyi zaman alındığını deyib.

Onun sözlərinə görə, Rusiya əsgərləri maşınlardan çıxıb silahları Amerikanın Səsinin çəkiliş qrupunun üzlərinə tərəf tuşlayaraq, onların kameraları verməsini tələb edib. Daniyel Şörf əsgərlərin olduqca aqressiv və kobud davrandığını qeyd edib, lakin onların meida nümayəndələrinin Rusiya hərbi qüvvələrinin baza qarşısında foto və videolarının çəkilməsinə imkan verilməməsinə dair əmri yerinə yetirdiyini deyib.

Rusiya qüvvələri Ukrayna hərbçilərinə Krımda Ukraynaya məxsus ən böyük bazalardan biri olan Belbek bazasının boşaldılması haqda ultimatum verib.
XS
SM
MD
LG