Rusiya Birləşmiş Ştatlar rəsmilərindən casus olduğu deyilərək həbs edilən 10 nəfər barədə daha çox məlumat verməyi tələb edib. Bu gün Qüdsdə çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Barak Obamanın rusiyalı həmkarı Dmitri Medvedevi Ağ Evdə qəbul etməsindən bir həftədən az vaxt keçdiyi zaman bazar günü edilmiş həbslərin vaxt baxımından nə qədər düzgün olduğu haqda sual qaldırıb.
Birləşmiş Ştatlar məhkəməsindəki sənədlərdə nəzarət altına alınanlar ABŞ-da qeyri-qanuni yaşayaraq, Rusiyanın Xarici Kəşfiyyat xidməti üçün müxtəlif tapşırıqları yerinə yetirən şəxslər kimi təsvir edilir. Birləşmiş Ştatlar mediasının bildirdiyinə görə, həbs edilənlər on ildən artıqdır ABŞ-da yaşayıb və hökumət işində çalışmayıb. Onlara qarşı kosnpirasiya və çirkli puların yuyulması ittihamları irəli sürülüb.