Accessibility links

Təhlilçilər deyir ki, ABŞ-la Rusiya arasında münaqişə riski artır


Bu ay ABŞ təyyarəsinin Baltik Dənizi üzərində Rusiya təyyarəsinə yaxınlaşması və ABŞ-ın Suriyada Rusiya müttəfiqlərinin təyyarələrini vurması müdafiə məsələləri üzrə təhlilçilər arasında narahatlıq doğrurub ki, təsadüfi olsa belə, Rusiya ilə Birləşmiş Ştatlara arasında hər hansı birbaşa insident nəzarətdən çıxa bilər.

Məlumatlarda bildirilir ki, bazar ertəsi Rusiyanın döyüş təyyarəsi ilə ABŞ-ın kəşfiyyatçı təyyarəsi bir-birinə iki metr yaxınlaşıb. Bu vəziyyət ABŞ ordusu tərəfindən “təhlükəli” olaraq qiymətləndirilib.

Pentaqon sözçüsü deyib ki, Rusiyanın SU-27 təyyarəsi yüksək sürətdə uçub, pilot isə təyyarəni pis idarə edib.

Qəza riski

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, ABŞ-ıın RC-135 kəşfiyyat təyyarəsi digər təyyarəyə qarşı təxribatçı hərəkət sərgiləyib.

Bundan əlavə isə çərşənbə günü də bir insident yaşanıb. Moskva bildirib ki, NATO-nun döyüş təyyarəsi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə çox yaxın məsafədə uçub. Nazir həmin təyyarədə Rusiyanın Polşa ilə Litva arasınd ayerləşən hərbi anklavına uçurdu. Rusiya dövlət mediası Rusiyanın SU-27 döyüş təyyarəsinin Polşanın F-16-nı uzaqlaşdırdığını bildirib və insidentin videosunu yayıb.

Müdafiə məsələləri üzlə təhlilçi Pavel Felgenhauerin sözlərinə görə, bir təyyarənin digərindən bir neçə metr bir məsafədə uçması təhlükəlidir.

Yeni “Soyuq Müharibə”

Moskvanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq ürməsi və Ukraynanın şərqində rusiyapərəst separatçıları dəstəkləməsindən bəri Rusiya bir çox dəfə NATO üzvlərinin hava məkanlarını pozub.

“Rusiya ilə Qərbin yeni Soyuq Müharibə vəziyyətində olduğu açıq-aşkardır”, deyə müdafiə məsələləri üzrə analitik Aleksandr Qolts bildirib. “Soyuq Müharibə nə diplomatik nə də mühairbə yolu ilə həll oluna bilinməyən bir problemin olduğu vəziyyətdə yaranır. Bu problem isə Ukraynadır”, o əlavə edib.

Qolts deyib ki, Rusiya öz maraqları səbəbilə Ukraynada apardığı “gizli müharibədən” geri çəkilə bilməz. O bunu etməyənədək isə, NATO da Rusiya ilə əməkdaşlığını bərpa edə bilməz. Bu arada isə, hərbi güc nümayiş etdirməklə hər iki tərəf hərbi münaqişənin yaranmasına gətirib-çıxara bilər.

Bu həftə Birləşmiş Ştatlar Ukraynada etdiklərinə görə, rusiyalı şəxslərə yeni sanksiyalar tətbiq edib. Avropa İttifaqı isə Moskvaya qarşı öz sanksiyalarını hazırlamağa söz verib.

Bu sanksiyalar Ukrayna prezident Petro Poroşenkonun Ağ Evdə prezident Donald Trampla görüşdüyü vaxta təsadüf edib. Daha sonra Poroşenko ABŞ-I Kiyevlə bəzi müdafiə sazişləri imzalayacağını desə də, bunula bağlı əlavə məlumat verməyib. ABŞ indiyədək rusiya ilə birbaşa hərbi münaqişədən uzaq qalmaq üçün Kiyevi sadəcə öldürücü olmayan hərbi avadanlıqlar və təlimlərlə təmin edib.

Hərbi hazırlıq

Şoyqu deyib ki, Rusiya qərb sərhədlərində hərbi qüvələrini yerləşdirəcək və buna səbəb olaraq NATO-nun anti-Rusiya kursu nəticəsində pislənən təhlükəsizlik vəziyyətini göstərib. Rusiyanın müdafiə naziri deyib ki, NATO-nun Baltikyanı dövlətlər və Polşada apardığı təlimlərə cavab olaraq Rusiya ordusu bu il ölkənin qərb cəbhəsində 20 yeni hərbi bölmə yaradacaq.

Moskvanın Ukraynada etdiklərindən sonra keçmiş sovet dövlətləri arasında Rusiyanın təcavüzünə dair narahatlıq yaranıb. Bu narahatlığa cavab olaraq, NATO əraziyə çox sayda müdafiə qüvvələri yerləşdirib. Bu arada isə sentyabr ayında Rusiya və Belarusda NATO-nun işğalına qarşı hazırlq üçün böyük hərbi təlimlər keçiriləcək.

Suriyada səs-küy

Suriyada qüdrətlər arasında gedən müharibə instensivləşir, çünki Rusiya və İran ABŞ-ın dəstəklədiyi Suriya üsyançılarına qarşı Dəməşqdəki müttəfiqlərini dəstəkləyir. Bütün tərəflər isə İŞİD terrorçularına qarşı döyüşdüklərini iddia edir.

Bu ay Suriyada ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyanın döyüş təyyarəsini, eləcə də Amerikanın dəstəklədiyi qoşunlara yaxınlaşan iki İran dronunu vurub. Rusiya bu addımı pisləyib və Fərat çayı üzərində uçan ABŞ-ın başçılıq etdiyi koalisiyanın təyyarə və ya dronuna hədəf kimi rəftar edəcəyini deyib.

Moskva isə Suriyada havada insidentlərin qarşısını almaöa yönəlmiş memorandumu yenidən dayandırıb. İlk dəfə olaraq o bunu ABŞ-ın aprel ayında Suriyadakı hava bazasına raket atmasından sonra etmişdi. O zaman Vaşinqton Dəməşqin kimyəvi silahlardan istifadə edərək 80-dən çox mülki vətəndaşın ölümünə səbəb olduğunu demişdi. Rusiya ABŞ-ən hücumunu pisləyib, kimyəvi silahlardan istifadədə Suriya militantlarını günahlandırmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG