Accessibility links

Rusiya ABŞ diplomatik heyətinin azaldılmasına göstəriş verdi


Rusiya Xarici İşlər Nazirliyi cümə günü ABŞ Konqresinin tətbiq etdiyi sanksiyalara cavab olaraq bir sıra ölçülərə əl atdığını bəyan edib. Nazirlik sanksiyaları “ABŞ-ın beynəlxalq əlaqələrdə ifrat aqressiyası” kimi dəyərləndirib.

“Biz ABŞ-a təklif edirik ki, Rusiyadakı diplomatik idarələrindəki işçilərinin sayını ABŞ-dakı Rusiya diplomatlarının ümumi sayına bərabər rəqəmə endirsin,” nazirlik bəyan edib. Rusiya bildirib ki, azaltma ABŞ diplomatlarının ölkədəki sayını 455-ə endirəcək və bu proses avqust ayının sonunadək tamamlanmalıdır.

Rusiya bildirib ki, azaltma ABŞ diplomatlarının ölkədəki sayını 455-ə endirəcək və bu proses avqust ayının sonunadək tamamlanmalıdır.

ABŞ diplomatik heyətinin mövcudluğunu azaltmaqdan əlavə, Rusiya ABŞ səfirliyinə Moskvadakı anbarlara və Serebryanıy Bor tətil iqamətgahına çıxışı qadağan edəcəyini bildirib.

“Biz habelə mütənasib prinsiplər əsasında ABŞ-ın maraqlarına təsir göstərəcək başqa ölçülər götürmək hüququnu özümüzdə saxlayırıq.”

Dövlət Departamentinin rəsmisi cümə günü Vaşqintonun Rusiya hökumətindən bildiriş aldığını deyib. “Səfir Con F. Tefft özünün sərt narazılığını və etirazını bildirib,” deyə departament rəsmisi bildirib.

ABŞ qanunvericiləri cümə axşamı təkcə Rusiyaya deyil, habelə İran və Şimali Koreyaya sanksiyalar tətbiq ediblər.

ABŞ Senatı 98:2 nisbətində sanksiyaları təsdi edərək imzalanmaq üçün Prezident Trampın masasına göndərib.

Prezident Tramp rusiyalı həmkarı Vladimir Putinlə münasibətləri yaxşılaşdırmaq məramında olduğunu deyib.
Prezident Tramp rusiyalı həmkarı Vladimir Putinlə münasibətləri yaxşılaşdırmaq məramında olduğunu deyib.

Tramp administrasiyası Vladimir Putinlə daha yaxşı əlaqələr qurmaq niyyətində olduğunu əsas gətirərək sanksiyaların yumşaldılmasını təşviq etmişdi. Lakin Konqresdə qanuna verilən dəstək prezidentin veto qoymaq imkanlarını məhdudlaşdırır. Belə ki, Senat mütləq səs çoxluğu ilə prezidentin vetosunu heçə endirmək səlahiyyətinə malikdir.

Avropa İttifaqı da yeni sanksiyalarla bağlı narahatlığını ifadə edərək bu ölçünün Avropanın enerji sektoruna təsir göstərəcə biləcəyini qeyd edib.

Konqres mütləq səs çoxluğu ilə prezidentin vetosunu heçə endirmək səlahiyyətinə malikdir.

Obama dönəmində administrasiyanın sanksiya siyasətini koordinasiya etmiş Daniel Frid Amerikanın Səsinə bildirib ki, Konqresin sanksiya qərarı ikitərəfli münasibətlərə təsir göstərməkdən çox, Prezident Trampın mövcud sanksiyaları aradan qaldırmaq imkanlarını məhdudlaşdırmağa xidmət göstərib.

“Hesab edirəm ki, əgər ortada hamıya, ələlxüsus Ukraynaya məqbul razılaşma olsa, onda Konqres adminstrasiyanın Ukrayna ilə əlaqədar sanksiyaları aradan qaldırmasına sipər olmayacaq,” Frid bildirib.

XS
SM
MD
LG