Accessibility links

ABŞ və Rusiya Suriyada kimyəvi hücumların araşdırılmasında razılıq əldə edib


ABŞ dövlət katibi Con Kerri bildirib ki ABŞ və Rusiya BMT Təhlükəsizlik Şürasının Suriyada həyata keçirilən kimyəvi hücumun kim tərəfindən törədildiyinin araşdırılması haqda qətnaməsi üzərində razılıq əldə edib.

Kerri bu haqda məlumatı Malayziyanın Kuala Lumpur şəhərində keçirilən cənub-şərq Asiya regional summitində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra verib.

Qətnamə Suriya vətəndaş müharibəsində istifadə edilən kimyəvi silahlardan kimin istifadə etdiyinin araşdırılması üçün blok quracaq.

Kimyəvi Silahlarına Qadağa Təşkilatı hücumla bağlı sübutlar əldə etməyə çalışır. Lakin BMT də daxil olmaqla, təşkilatın hücumun kimin törətdiyi ilə bağlı hələlik heç bir fikri yoxdur.

Təşkilat 2013-cü ildə Vaşinqton və Suriya prezidenti Bəşər Əl-Əsəd arasında əldə olunmuş razılığa əsasən Suriyanın kimyəvi silahlarına əl qoyub.

Lakin hücumlar davam etdiyi üçün Dəməşqin xlor qazı kimi digər maddələrdən istifadə etdiyindən şübhələnilir. Bu maddələr kimyəvi silah sayılmadığı üçün razılaşmada yer almayıb.

Prezident Əsad kimyəvi silah işlədildiyini qəti şəkildə rədd edir və bunun hökuməti devirmək istəyən üsyançı döyüşçülər tərəfindən edildiyini iddia edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG