Accessibility links

Rusiya avqustun 1-dən beynəlxalq uçuşları qismən bərpa edəcək


Rusiya avqust ayının 1-dən etibarən bəzi beynəlxalq uçuşları bərpa etməyi planlaşdırır. Bu barədə cümə günü məlumat verən baş nazirin müavini Tatyana Qolikova bu siyahının əvvəlcə Tanzaniya, Türkiyə və Britaniya ilə məhdudlaşacağını deyib.

Beynəlxalq uçuşlar Rusiyada koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan məhdudiyyətlər çərçivəsində martın 30-dan bəri dayandırılıb. Ən son məlumatlara görə, Rusiyada 800 mindən çox insan koronavirusa yoluxub.

Uçuşların qismən bərpası barədə xəbərdən sonra Rusiyanın ən böyük aviaşirkəti "Aeroflot"un səhmləri təxminən 3 faiz artıb.

Qolikova deyib ki, koronavirusa yoluxmaların sayının azalması Rusiyanın Moskva, Sankt-Peterburq və Rostov-na-Donu şəhərlərindən beynəlxalq uçuşlarını bərpa etməsinə imkan verib.

Qolikova avqust ayının 1-dən etibarən Londona, Türkiyənin İstanbul və Ankara şəhərlərinə, eləcə də Tanzaniyanın Zənzibar adasına reyslərin d bərpa olunacağını bildirib. O, Türkiyədəki digər istirahət bölgələrinə reyslərin avqust ayının 10-dan sonra açıla biləcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG