Accessibility links

Rusiya diplomatlarının ABŞ-dan çıxarılmasına cavab ölçüləri hazırlayır


Rusiya xarici işlər naziri Sergey Lavrov

Rusiya Birləşmiş Ştatların keçən ilin dekabr ayında Rusiyanın 35 diplomatının ölkədən çıxarılması məsələsini indiyə qədər həll etməməsi ilə bağlı hiddətini bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrovun bildirdiyinə görə, Moskva buna cavab tədbirləri hazırlayır. O, detallara varmayıb.

“Biz müəyyən addımlar haqda düşünürük və mən bunların ictimai şəkildə müzakirə olunmalı olduğunu fikirləşmirəm”, Lavrov müxbirlərə bildirib.

Lavrovun müavini Sergey Ryabkov Rusiya hökumətinin nəzarət etdiyi Sputnik xəbər agentliyinə deyib ki, “müxtəlif variantlar nəzərdən keçirilir, amma ciddi cavab hazırlanıb”.

Rusiyanın Merilend ştatındakı mülkiyyəti
Rusiyanın Merilend ştatındakı mülkiyyəti

Keçən ilin dekabr ayında ABŞ-ın keçmiş prezidenti Barak Obama Rusiyanın iki kəşfiyyat agentliyinə sanksiyalar tətbiq edib, Rusiyanın 35 agentini ölkədən çıxarıb və Birləşmiş Ştatlarda Rusiyaya məxsus iki mülkiyyəti bağlayıb. Rusiya sanksiyaları kəskin qınayaraq, buna cavab verəcəyi ilə hədələyib.

Rusiya prezidenti Vladimir Putin o zaman dərhal cavab verməmək qərarı verib və Rusiyadan Amerika diplomatlarını xaric etməyib. Bu addım ABŞ prezidenti Donald Tramp tərəfindən razılıq hissi ilə qarşılanmışdı.

Lakin Moskva Birləşmiş Ştatlardakı iki mülkünün geri qaytarılmasına çalışır. Buraya əsas etibarilə Vaşinqton və San Fransisko şəhərlərindəki mülklər daxildir.

Kremlin bildirdiyinə görə, məsələ Hamburqda Böyük 20-lərin sammiti çərçivəsində Putin və Tramp arasında təkbətək görüş zamanı müzakirəyə çıxarılıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG