Accessibility links

Rusiya ABŞ-ın 9 media qurumunu xarici agent kimi tanıyıb


Rusiyanın Ədliyyə Nazirliyi çərşənbə günü Amerikanın Səsi də daxil olmaqla ABŞ-ın maliyyələşdirdiyi 9 media qurumunu "xarici agent" siyahısına salıb.

Nazirliyin verdiyi məlumata əsasən, ötən ay xəbərdarlıq olunmuş Azadlıq Radiosu və onun bir neçə filialı da siyahıya daxil edilib.

Rusiyanın Ədliyyə nazirliyinin açıqladığı siyahıya “Amerikanın Səsi”, Azad Avropa Radiosu/Azadlıq Radiosu, Azadlıq Radiosunun Rus xidmətinin “Faktoqraf” və “Sibir.Reallıqlar” media layihələri, “Current Time” telekanalı, Azadlıq Radiosunun Tatar-başqırd xidməti (AzatlıqRadiosu), “İdel.Reallıqlar”, “Qafqaz.Reallıqlar” və “Krım.Reallıqlar” media layihələri daxil edilib.

Rusiyanın dövlətə məxsus Russia Today tele şirkətinin Moskvadakı qərargahı
Rusiyanın dövlətə məxsus Russia Today tele şirkətinin Moskvadakı qərargahı

Rusiyada noyabrın sonunda hökumətin xarici ölkələrdən maliyyə alan kütləvi informasiya vasitələrini “xarici agent” elan etməsinə imkan verən qanun layihəsi qəbul edilib. Qanuna əsasən, bu media vasitələri öz fəaliyyəti ilə bağlı Ədliyyə nazirliyinə hesabat verməlidir.

Qanuna yeni dəyişikliklər Kremlin məqsədəuyğun hesab etmədiyi veb səhifələri məhkəmə qərarı olmadan blok etməsinə imkan yarada bilər.

Rusiya hökuməti bu addımı ABŞ-ın Kremlin sponsorlaşdırdığı RT (Russia Today) tele-kanalına qarşı Birləşmiş Ştatlarda xarici agent kimi qeydiyyatdan keçmək haqda tələbinə cavab olaraq atır.

Azadlıq Radiosunun prezidenti Thomas Kent
Azadlıq Radiosunun prezidenti Thomas Kent

ABŞ rəsmiləri Amerikanın xarici agentlərə dair qanununun Rusiyadakı qanundan fərqləndiyini və azad informasiyanı heç bir şəkildə məhdudlaşdırmadığını dəfələrlə qeyd edib. Azad Avropa Radiosu/Azadlıq Radiosunun prezidenti Tom Kent bildirib ki, “RT tele-kanalı öz proqramlarını ABŞ-da kabel televiziyası vasitəsilə yayımladığı halda, Azadlıq Radiosu Rusiyada belə imkanlara malik deyil”.

Rusiya rəsmiləri yeni qanunu təxminən on il öncə ABŞ-da qüvvəyə minən Xarici Agentlərin Qeydiyyatı Aktı (FARA) çərçivəsində Russia Today televiziya kanalını Xarici Agent kimi qeydiyyata almasına “simmetrik cavab” kimi qiymətləndiriblər.

ABŞ Dövlət Departamenti bunun mətbuat azadlığının qarşısını aldığını bildirərək, Rusiyanın bu addımını qınayıb.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG