Accessibility links

Rusiya: ABŞ-la münasibətlər indikindən daha pis ola bilməz!


Kreml prezident Donald Trampın dövlət katibi vəzifəsinə Mayk Pompeonu nominasiya etməsinin Birləşmiş Ştatlarla münasibətlərin yaxşılaşacağına ümid yaratdığını ifadə edib. Moskva bildirib ki, münasibətlər indikindən daha pis ola bilməz.

Vladimir Putinin sözçüsü Dmitri Peskov martın 14-də deyib ki, “döşəmədən aşağı səviyyə yoxdur və münasibətlərin indikindən daha pis olacağını düşünmək çətindir”.

Peskov Pompeonun dövlət katibliyində “münasibətlərə konstruktiv və ayıq başla yanaşmaya” çağırıb.

Pompeonun namizədliyi Senatda müzakirə olunmalıdır. Orada ona Rusiyaya münasibəti barədə sualların veriləcəyi gözlənilir.

Birləşmiş Ştatlarla Rusiya arasındakı münasibətlər Moskvanın Ukraynda təcavüzkar hərəkətlərinə, Suriya müharibəsinə və onun 2016-cı il ABŞ seçkisinə müdaxiləsi ilə bağlı iddialara görə pisləşib.

Özünün vida nitqində Reks Tillerson deyib ki, Vaşinqton Rusiyanın “narahatlıq doğuran davranış və hərəkətlərinə” reaksiya vermək üçün hələ çox iş görməlidir.

Tillerson vəzifəsindən uzaqlaşdırlmasından bir gün əvvəl Britaniyada keçmiş Rusiya casususun zəhərlənməsi ilə əlaqədar Moskvanı kəskin tənqid etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG