Accessibility links

Rusiya Qərbdən idxal olunan məhsulları məhv edərək anti-Qərb mesajı göndərir [Video]


Rusiya Qərbdən idxal olunan məhsulları məhv edərək anti-Qərb mesajı göndərir
please wait

No media source currently available

0:00 0:01:38 0:00

Rusiya Qərbdən idxal olunan məhsulları məhv edərək anti-Qərb mesajı göndərir

Rusiya Avstraliya, Kanada, Avropa İttifaqı, Norveç və ABŞ-dan ərzaq idxalına qadağa tətbiq edir.

Rusiya Qərb idxallarına qarşı mübarizəsinin bir hissəsi olaraq Hollandiyadan gələn çiçəkləri yandırıb. Bundan əlavə Rusiya Ukraynadakı təcavüzünə görə üzləşdiyi sanskiyalara cavab olaraq yüz tonlarla ərzaq yandırıb .

Mən bunun təsadüf olduğunu düşünmürəm. Bu anti-Qərb istiqamətindəki növbəti piardır
Andrey Kolesnikov

Rusiya Holland çiçəklərini yandırıb. Bir neçə gün öncə isə rəsmilər 500 ton qadağan olunmuş Qərb ərzaq idxallarını yandırıblar. Hakimiyyət orqanları güllərin içində təhlükəli böcəklərin ola biləcəyini deyirlər. Lakin siyasi təhlilçilər buna səbəb Hollandiyanın Ukrayna üzərində vurulan Malayziya təyyarəsi ilə bağlı istintaqa başlatmasının olduğunu bildirir.

“Mən bunun təsadüf olduğunu düşünmürəm. Bu anti-Qərb istiqamətindəki növbəti piardır,” deyə Karneqi İnstitutunun Moskva Mərkəzindən Andrey Kolesnikov bildirib.

Hollandiyalı tədqiqatçılar hadisə yerində Rusiya raketlərinin parçalarını aşkar etdiklərini deyirlər. Eyni zamanda isə Kreml Kiyevi günahlandırır və Rusiyanın imicinə xələl gətirmyə çalışan bir sıra Qərb konspirasiyası irəli sürür.

Lakin tənqidçilərin sözlərinə görə, milyonlarla rusiyalının yoxsulluq içində yaşadıqları bir vaxt, ərzaqların məhv olunmasının zərəri rəsmilərin verdiyinin gösətiricisidir.

Hökümət rəsmiləri ərzaq qadağasının yerli əvəzedicilərə təkan verdiyini deyir, lakin bu, eyni zamanda rəqabəti azaldır və bazara aşağı keyfiyyətli malların daxil olmasına səbəb olur.

Rusiya Avstraliya, Kanada, Avropa İttifaqı, Norveç və ABŞ-dan ərzaq idxalına qadağa tətbiq edir. Kreml bu ölklərin siyahısına Aİ-nin Rusiyaya tətbiq etdiyi sanksiyaları dəstəkləyən digər ölkələri də əlavə etməyi planlaşdırır.

XS
SM
MD
LG