Accessibility links

ABŞ Rusiyadan tibbi avadanlıq aldığını bildirir


ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus Rusiya təyyarəsi ilə Nyu-Yorka çatdırılan tibbi avadanlıqların Birləşmiş Ştatlar tərəfindən alındığını açıqlayıb.

"Martın 30-da Donald Tramp və Vladimir Putin arasındakı telefon danışığından sonra ABŞ Rusiyadan lazımi tibbi avadanlıqların, o cümlədən mexaniki ventilyator cihazlarının alınmasına razılıq verib” - deyə, Ortaqus sosial şəbəkələrdə yazıb.

Onun sözlərinə görə, həm fərdi qoruyucu vasitələr, həm də süni ağ ciyər ventilyatorları alınıb. Bəyanatda satınalmaların həcmi və çatdırılan malın dəyəri barədə heç nə deyilmir.

İki gün əvvəl D.Tramp telefon danışığı zamanı Rusiya tibbi avadanlıqlarının ABŞ-a çatdırılması barədə Putinlə razılığa gəldiyini bildirmişdi. Lakin eyni zamanda, Rusiyanın dövlət mediası, xüsusən “Vesti” ABŞ-ın buna pul ödəmədiyini demiş və göndərilən tədarükləri "humanitar yardım" adlandırmışdı.

Eyni sözləri Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da ifadə edib. "Rusiya tərəfi Amerikadakı ağır epidemioloji vəziyyətdə tibbi avadanlıq və qoruma vasitələri şəklində yardım təklif edilib. Tramp bu humanitar yardımı minnətdarlıqla qəbul edib” - deyə, Peskov vurğulamışdı.

XS
SM
MD
LG