Accessibility links

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında Hələblə bağlı qətnaməyə veto qoyub


Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının Suriyanın Hələb şəhərində yeddi günlük atəşkəskəs tələbilə bağlı qətnaməsinə veto qoyub. Rusiya öz mövqeyini bununla üsyançıların yenidən qruplaşmasına imkan verilə biləcəyi ilə izah edib və Vaşinqtonla Moksva arasında danışıqlar üçün vaxta ehtiyacın olduğunu bildirib.

Bu, Rusiyanın 2011-ci ildən bəri BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı veto hüququndan istifadə etdiyi altıncı haldır. Çin BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qətnaməsinə beç dəfə veto qoyub. Venesuela da Yeni Zelandiya, Misir və İspaniyanın hazırladığı qətnamənin əleyinə səs verib. Anqola bitərəf qalıb. Təhlükəsizlik Şurasında qalan 11ölkə qətnamənin lehinə səs verib.

Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin
Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin

"Bu kimi fasiələlər döyüşçülər tərəfindən hərbi təchizatın artırılması və mövqelərin möhkəmləndirilməsi üçün istifadə edilir və bu, yalnız mülki əhalinin vəziyyətini daha da pisləşdirəcək",-deyə Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin bildirib.

Rusiya bazar ertəsi Vaşinqtonla bu həftə üsyançıların Hələbdən çıxışı məsələsini müzakirə edəcəyini bildirib. Suriya hərbi qüvvələri Rusiyanın dəstəyi ilə məğlubiyyətə yol verməmək üçün mübarizə aparan üsyançılardan daha çox ərazini geri almağa çalışır.

Çurkin bildirib ki, Təhlükəsizlik Şurasında bu addım danışıqların aparılmasına imkan verilməsi üçün təxirə salınmalıdır.

BMT Hələbin üsyançıların nəzarətində olan hissəsində 200 mindən çox insanın ilişib qaldığını bildirir. Təşkilat bu ərazilərdə ərzaq və yardım çatışmazlığını qeyd edir.

XS
SM
MD
LG