Accessibility links

Rusiya iki bolqar diplomatı casusluq iddiası ilə ölkədən çıxarır


Rusiya 20 aprel tarixində Sofiyanın casusluqda şübhəli bilinərək iki Rus diplomatı qovmasına cavab olaraq iki şəxsi "persona non grata" elan edib.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlaması Sofiyanın iki rus diplomatı qovmasından bir ay sonra Bolqarıstanın Moskvadakı səfirinin nazirliyə çağrılmasından bir müddət sonra verilib.

Rusiya Xarici İşlər Nazirliyi diplomatlarının Bolqarıstandan qovulmasını "əsassız" adlandırıb.

Ölkədən çıxarmalar mart ayında prokurorların hazırkı və keçmiş hərbi kəşfiyyat zabitləri də daxil olmaqla, altı nəfəri Rusiyaya casusluqda ittiham etməsindən sonra baş verib.

Bolqarıstan Xarici İşlər Nazirliyi iki rus diplomatı diplomatik statusları ilə “uyğunsuz” fəaliyyət göstərdikləri üçün martın 22-də “persona non grata” elan etmişdi.

O zaman Rusiya səfirliyi qərarı "əsassız" adlandırmışdı və Moskvanın "qisas alma hüququnu özündə saxladığını" bildirmişdi.

Bolqarıstan ölkənin əsas enerji tərəfdaşı olan Rusiya ilə sıx mədəni, tarixi və iqtisadi əlaqələrə malikdir. Ancaq Sofiya ilə Moskva arasında son illərdə bir neçə casus qalmaqalı yaşanıb.

Ötən həftə Çex Respublikasının kəşfiyyatı Rusiya hərbi agentlərini 2014-cü ildə iki nəfərin ölümünə səbəb olan ölümcül silah-sursat anbarı partlayışına bağladıqdan sonra Bolqarıstan silah alverçisinin Praqa ilə Moskva arasında baş verən böyük diplomatik mübahisəyə qarışıb.

19 mart tarixində NATO üzvü olan ölkədəki Bolqarıstan rəsmiləri Rusiyaya hərbi sirr ötürən casus qrupunu məhv etdiklərini elan etmişdilər.

Prokurorlar keçmiş və hazırkı hərbi kəşfiyyat zabitləri də daxil olmaqla, altı nəfərin Sofiyadakı Rusiya səfirliyinə Bolqarıstan, NATO və Ai haqqında gizli məlumat ötürdükləri üçün tutulduqlarını və mühakimə olunduqlarını demişdilər.

BTA xəbər agentliyinin verdiyi məlumata görə, Sofiya Hərbi Dairə Məhkəməsi onlardan beşi barəsində həbs qətimkan tədbiri seçib, digər şübhəli isə zaminə buraxılıb.

2019-cu ilin oktyabr ayından bəri Aİ və NATO üzvü olan dövlət kəşfiyyat işi aparmaqda günahlandırılan beş diplomat və Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxarıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG