Accessibility links

Britaniya Rusiyanı Brexit referendumuna təsir etməkdə ittiham edib [Video]


Britaniya Rusiyanı Brexit referendumuna təsir etməkdə ittiham edib
please wait

No media source currently available

0:00 0:03:03 0:00

2016-cı il ABŞ seçkilərinə müdaxilə etməsi ilə bağlı geniş yayılmış ittihamlardan sonra Moskvanın Britaniyanın Avropa İttifaqından çıxması ilə nəticələnən referenduma da təsir etmək cəhdi haqqında sübutlar aşkarlanıb. Təhqiqatçılar anti-Avropa ritorikasını yayan on minlərlə sosial media hesaabının Rusiya tərəfindən idarə edildiyini müəyyən ediblər.

Keçən ilin iyununun iki günü ərzində Rusiyada qeydiyyatdan keçmiş Twitter hesabları Avropa İttifaqından çıxmağı təşviq edən 45,000 mesaj paylaşdı. Növbəti gün həmin hesabların əksəriyyəti mesaj paylaşmağı dayandırdı.

Kaliforniyanın Berkli Universitetinin və Britaniyanın Svonsi Universitetinin araşdırması göstərir ki, həmin hesablardan daha öncə Brexit mövzusunda heç nə paylaşılmamışdı.

Britaniyanın seçki komissiyası ilə qanunvericilər yeni sübutların aşkarlanmasından sonra fərqli təhqiqata başlamaq qərarı veriblər.

“Rusiya müdaxilə edir. Bunu etməklərinin səbəbi ictimaiyyətin Qərb ölkələrindəki siyasi institutlara, aparıcı media qurumlarına əminsizliyi artırmaqdır. Biz saxta Twitter və Facebook hesablardan yayılan yalan xəbərləri demokratiyamıza olan hədə kimi qiymətləndirməliyik.”

ABŞ-ın kəşfiyyat agentliyi deyir ki, Rusiya 2016 prezident seçkilərini pozmaq məqsədilə propaqanda kampaniyası həyata keçirib.

Rusiya prezidenti Vladimir Putin bu iddiaları rədd edib. Keçən həftə Putinlə görüşdükdən sonra ABŞ prezidenti Donald Tramp deyib ki, o rusiyalı həmkarına inanır.

Britaniyanın baş nazirinin isə Moskvaya daha fərqli mesajı oldu.

“Bu informasiyanı silahlandırmaq cəhdidir… Hökümətin nəzarətində olan media təşkilatlarını istifadə edərək, yalan məlumatlar hazırlamaqla, şəkilləri montaj etməklə Qərbdə ixtilaf yaymaq cəhdidir.”

Belə xəbərlərin birində Twitter istifadəçi mart ayında müsəlman qadının Vestminster körpüsündə terror hücumuna məhəl qoymadan yolunu davam etdiyini paylaşıb. Qadının digər şəkilləri onun hücumun təsiri altında olduğunu aydın göstərir. Twitter həmin hesabın Rusiyadan idarə edildiyini bildirib.

“Bu irqi gərginlik yaratmaq məqsədilə edilir.”

Twitter Rusiyanın İnternet Araşdırmaları Agentliyi ilə əlaqəli olan 3,000 hesab haqqında məlımatı ABŞ Konqresinə təqdim edib. Sankt Peterburqda yerləşən agentlikdə propaqanda yayılması üçün yüzlərlə insanın çalışdığı bildirilir. Və orada işləyənlər yalnız insanlar deyil.

Londonun City Universitetinin araşdırmaçıları Brexit səsverməsi dövründə fəaliyyət göstərən 13,500 avtomatlaşdırılmış Twitter hesabı aşkar ediblər.

“Bu robot hesabların məqsədi həqiqi istifadəçilərin mesajlarını yenidən paylaşmaqdır. Qütbləşmiş insanların mövqelərini, sərt fərqlilikləri olar insanların mesajlarını paylaşmaq üçün. Bu, Brexit haqqında danışan adi seçici fikri deyil.”

City Universitetinin araşdırması həmin avtomatlaşdırılmış hesabların haradan idarə olunduğuna nəzər yetirməyib.

Amma həm Avropa, həm də Birləşmiş Ştatlar qanunvericiləri deyir ki, Kreml sosial media vasitəsilə bölücülüyü yayır. Twitter və Facebook isə təhqiqatçılarla əməkdaşlıq edir. Lakin onların daha çox iş görməli olduqları ilə bağlı təzyiqlər artmaqdadır.

XS
SM
MD
LG