Accessibility links

Rusiya 50 Britaniya diplomatını çıxarır


Britaniya səfiri Lori Bristou Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk edərkən.

Rusiya şənbə günü Britaniyaya diplomatik və texniki heyətdən daha 50 nəfərin ixtisara salınması göstərişi verib.

Rusiyanın sonuncu tələbi bir qədər öncə hər iki ölkənin diplomatik heyətindən 23 nəfərin azalması ilə nəticələnən cavab addımlarına əlavə tədbirlərdir.

Cümə günü Kreml Qərbin 23 ölkəsindən bütövlükdə 59 diplomatın çıxarılası göstərişi verərək, Qərbin Rusiya diplomatlarını kollektiv şəkildə ölkələrindən çıxarılmasına cavab addımı atıb.

Göründüyü qədərilə Britaniyanın diplomatik heyəti daha çox ixtisarlarla hədəfə alınıb.

XS
SM
MD
LG