Accessibility links

Rusiya Britaniyanı diplomatı qovduğuna görə qınayır


Rusiya Britaniyanı diplomatı qovduğuna görə qınayır
Rusiya Britaniyanı diplomatı qovduğuna görə qınayır

Rusiya bildirib ki, Britaniyanın rus diplomatı bu ay casusluq ittihamları ilə ölkədən deportasiya etməsi əsassızdır və dostluğa xidmət etmir. Rusiya xarici işlər naziri bəyan edib ki, bu insidentin fəsadlarına görə məsuliyyət Britaniya hökumətinin üzərinə düşür. Britaniya xarici işlər naziri Vilyam Heyq ölkəsinin Rusiyanın Londondakı səfirliyindən bir əməkdaşı ölkədən çıxarmağı xahiş etdiyini açıqlayıb. Britaniyalılar dekabrın 10-da edilən müraciəti rus kəşfiyyat xidmətlərinin Britaniya maraqlarına qarşı fəaliyyətinin “aydın dəlili” ilə əsaslandırıb. Bir həftə sonra Rusiya Britaniya Ali Komissiyasının Moskvadakı bir diplomatını ölkədən qovub. Hər iki diplomat vətənlərinə qayıdıblar.

XS
SM
MD
LG