Accessibility links

Rusiya və Çin Şimali Koreyanı raket sınaqlarını dayandırmağa çağırır


Rusiya və Çin Şimali Koreyanı raket və nüvə proqramlarının dondurmağa çağırıb və Birləşmiş Ştatlar və Cənubi Koreya ilə birgə hərbi təlimlərin keçirilməsinə dair razılıq əldə edib.

Pxenyanın cümə axşamı günü raket sınağı keçirdiyini elan etməsindən bir neçə saat sonra Rusiya prezidenti Vladimir Putin çinli həmkarı Şi Tsinpinlə Şimali Koreyanın artan raket təhlükəsinə qarşı mübarizə məqsədilə planını koordinasiya edəcəyini elan edib.

“Biz Rusiyanın mərhələli proqramı və Çinin Şimali Koreyanın nüvə fəaliyyətlərinin dondurulmasına dair ideyalarına əsasən, Koreya məsələsinin həllinə dair birgə təşəbbüsün qətiyyətlə təşviq edilməsinə dair, eləcə də Birləşmiş Ştatlar və Cənubi Koreya ilə birgə hərbi təlimlər məsələsi ilə bağlı razılıq əldə etmişik”, Putin Moskvada iki lider arasında görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Şimali Koreya qitələrarası ballistik raket sınağını müvəffəqiyyətlə həyata keçirdiyini elan edib.

Dövlət televiziyasının verdiyi məlumata görə, ballistik raket 39 dəqiqə havada olaraq, 2 min 800 kilometr hündürlüyə çatdıqdan sonra Yapon dənizinə düşüb.

Bu həftənin sonu Birləşmiş Ştatlar, Cənubi Koreya və Yaponiya Hamburqda Böyük 20-lərin sammiti çərçivəsində üçtərəfli görüş keçirəcək. Rusiya və Çin liderlərinin də görüşə qatılacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG