Accessibility links

Rusiya və Çin Şimali Koreyaya qarşı daha ciddi sanksiyaların əleyhinədir


Şimali Koreyanın əsas iki siyasi müttəfiqi olan Çin və Rusiya bildirib ki, Pxenyana qarşı son nüvə testi ilə əlaqədar bundan artıq təzyiqlər Koreya yarımadasında gərginliyin azaldılmasına xidmət etməyəcək.

Çinin Şiamen şəhərində dünyanın inkişaf etmiş ölkələrinin sammitində iştirak edən Rusiya prezidenti Vladimir Putin Şimali Koreyanın sonuncu nüvə sınağını pisləyib. Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət blokun (BRICS) zirvə görüşü çərçivəsində danışan Putin eyni zamanda xəbərdarlıq edib ki, “hərbi isteriya” yalnız “qlobal fəlakət”ə yol aça bilər. Putin həmçinin Birləşmiş Ştatları Pxenyana qarşı daha artıq sanksiyaların tətbiq edilməsinə çağırışlarına görə tənqid edərək, bunun “mənazıs” və “ təsirsiz” olduğunu deyib. O, Vaşinqtonun Şimali Koreya ilə ticarət əlaqələrinə görə Moskvaya qarşı sanksiyalar tətbiq edib, sonradan təcrid olunmuş Pxenyan rejiminə qarşı yeni sanksiyalar məqsədilə kömək istəməsini gülünc adlandırıb.

Rusiya və Çin bir qayda olaraq Pxenyan rejiminə qarşı sanksiyaların tətbiq edilməsinə qarşı çıxır. Moskva və Pekin bu yaxınlarda Birləşmiş Ştatlar və Cənubi Koreyanı Şimali Koreyanın nüvə və raket sınaqlarını dayandırması müqabilində birgə hərbi təlimlərə son qoymağa çağırıb.

Birləşmiş Ştatlar Şimali Koreya ilə bağlı yeni qətnaməni bu həftə BMT-yə təqdim etməyə hazırlaşır. Bunu ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli Təhlükəsizlik Şurasının bazar ertəsi günü keçirilən fövqəladə iclasında bildirib. Amerika diplomatları qətnamənin bir həftə ərzində səsverməyə qoyulacağına ümid etdiklərini bildirib.

Şimali Koreya bazar günü BRICS qrupunun sammitindən öncə altıncı və ən güclü nüvə sınağını keçirdiyini bildirib. Zirvə görüşünün iştirakçıları Pxenyanın bomba sınağını qınayıb, lakin rəsmi Pekin əsas diqqətin məsələyə yönəlməsinin qarşısını almağa çalışıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG