Accessibility links

Rusiya və Çin bəyanat imzalayıb


Tərəflər Şimali Koreyanın nüvə və ballistik fəaliyyətləri ilə bağlı yaranmış gərginlikləri aradan qaldırmağa çalışır

Rusiya və Çin Şimali Koreyanın nüvə və ballistik fəaliyyətləri ilə bağlı yaranmış gərginliklərin dinc yolla həllinə dair bəyanat imzalayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov heç kimin Koreya yarımadasında müharibə görmək istəyində olmadığını deyib. Nazir ümid etdiyini bildirib ki, ABŞ-da vəziyyəti hərbi yolla həll etməyəcək.

Çinin xarici işlər naziri Hua Çunyinq isə ölkələri təmkin nümayiş etdirməyə və gərginliklərin həlli üçün daha konstruktiv mövqe tutmağa çağırıb.

Çin BMT-nin Şimali Koreyaya qarşı sanksyalarının humanitar və normal itisadi mübadilə və əməkdaşlığa təsirinin olmayacağına ümid etdiyini bildirib.

Cümə günü BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yekdilliklə sanksiyalar tətbiq edib. Sanksiyalara əsasən o ölkənin yanacaq və dizel ixracına məhduduiyyətlər tətbiq edilib.

Şimali Koreya bu yaxınlarda ABŞ-a çata biləcək yeni qitələrarası ballistik raketini uğurla sınaqdan keçirdiyini elan edib. Raket 4500 kilometr hündürlüyə çatıb ki, bu, Beynəlxalq Fəza Stansiyasının yerləşdiyi nöqtədən 10 dəfə yüksəkdir. Daha sonra raket Koreya yarımadasından 1000 kilometr şərqdə Yapon dənizinə düşüb.

ABŞ rəsmiləri və müstəqil ekspertlər sınağı Pxenyanın böyük nailiyyəti adlandıraraq, bunun Şimali Koreyanın raketlərini getdikcə daha uzun məsafələrə yollaya biləcəyinə nümunə kimi qiymətləndirib.

ABŞ-ın müdafiə naziri Ceymz Mattis bu raketin əvvəllərlə müqayisədə daha yüksəyə qalxdığını deyib. Nazir bildirib ki, Şimali Koreyanın ballistik raketlərin istehsalında tədqiqiat və inkişafları bütün dünyaya hədə törədir.

XS
SM
MD
LG