Accessibility links

Rusiyada bir gündə 16,319 nəfər koronavirusa yoluxub


Oktyabrın 20-də Rusiyada 16 min 319 koronavirusa yeni yoluxma halı qeydə alınıb. Bu barədə Qərargahlar İdarəsi məlumat verib.

Son günlər ölkədə COVID-19 xəstələrinin sayı artmağa davam edir. Belə ki, bir gün əvvəl koronavirusa 15 mih 982, ondan əvvəlki gün isə 15 min 099 yoluxma halı qeydə alınıb.

Yeni yoluxmaların çoxu, 4999 olmaqla Moskvada qeydə alınıb. Sankt-Peterburqda 695, Moskva vilayətində 426, Nijni Novqorod vilayətində 366, Rostov vilayətində 353 nəfər yoluxub. Ən az yoluxma halları -Krasnodar bölgəsində 25, Nenet Muxtar Dairəsində və Çeçenistanda 6 nəfər.

Epidemiya başlayandan bəri Rusiyada koronavirusa 1,4 milyondan çox insan yoluxub, 24 min 635 nəfər ölüb.

Koronavirus səbəbindən Rusiyanın 126 məktəbi və ya orta təhsil müəssisələrinin 0.32 faizi karantinə alınıb.

Rusiya Federasiyasının Təhsil Nazirliyi koronavirus səbəbiylə məktəbləri online sisteminə keçirmək planının olmadığını deyib. Nazirlik regionların epidemioloji vəziyyətə əsaslanaraq təhsil formaları barədə müstəqil qərar verə biləcəyini bildirib.

XS
SM
MD
LG