Accessibility links

Rusiyada koronavirus hallarının artmasından sonra icbari maska taxmaq tələb edilir


Rusiya rəsmiləri ölkədə koronavirusa yeni yoluxmalar fonunda bir gündə ölüm hallarının rekord həddə çatmasından sonra şərşənbə axşamı günündən ölkə boyu maska taxılmasını tələb edib.

Səhiyyə rəsmiləri çərşənbə axşamı 16 min 550 yeni yoluxma və 320 ölüm halının qeydə alındığını bildirib. Bu, pandemiyanın başlamasından bəri gündəlik ölüm hallarının sayında ən yüksək artımdır.

Buna cavab olaraq istehlakçı təhlükəsizliyi və ictimai səhiyyə agentliyi olan Rospotrebnadzor çərşənbə günündən etibarən bütün rusiyalılardan sıxlıq olan ictimai yerlərdə, ictimai nəqliyyatda, taksilərdə, avtomobil parkları və liftlərdə maska taxmalarını tələb edib.

Bundan əlavə, Rospotrebnadzor bölgə rəhbərlərinə əyləncə tədbirləri, kafelər, restoranlar və barlara axşam saat 11-dən səhər saat 6-ya qədər komendant saatı tətbiq etməyi tövsiyə edib.

Pandemiyanı izləyən Cons Hopkins Universitetinin məlumatına əsasən, 1,5 milyondan çox yoluxma halı qeydə alınan Rusiya koronavirusa yoluxma hallarına görə dünyada dördüncü yerdədir.

Hökumətin koronavirus işçi qrupu bazar günündən bəri hər gün 15 mindən çox yeni yoluxma halının qeydə alındığı olduğu barədə məlumat verir. Bu isə yaz ayları ilə müqayisədə xeyli çoxdur.

Rusiya virusla əlaqəli 26 mindən çox ölüm halının qeydə alındığını bildirib.

Gündəlik yoluxmalarda kəskin sıçrayışa baxmayaraq, Rusiya rəsmiləri ikinci dəfə ölkə boyu karantin və ya müəssisələri bağlamaq fikrini rədd edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG