Accessibility links

Rusiyada koronavirusa bir gündə 2 646 yoluxma halı qeydə alınıb


Rusiya cümə günü ölkədə koronavirusa yoluxma hallarının 20.582 olaraq, rekord həddə çatdığını bildirib.

Kremlin sözçüsü Dmitri Peskov səhiyyə rəsmilərinin pandemiyanın qarşısını almaq üçün hansı addımlar atacağı barədə heç bir məlumat verməyib.

Rusiyada COVID-ə yoluxanların sayı 1.7 milyondan çox olsa da, ABŞ, Hindistan və Braziliyada yoluxma halları daha çoxdur.

Hindistan cümə günü yeni COVID-ə yoluxma hallarının 47 mindən çox olduğunu bildirib.

Samur fermalarında virusun yayılmasından sonra Danimarkadan Britaniyaya gedən hər kəs özünü 14 gün təcrid etməli olacaq. Danimarka virusun qarşısını almaq üçün virusun mutasiya olaraq, yoluxduğu 15 milyondan çox samuru məhv etdiyini bəyan edib.

Koronavirus Avropada yenidən artır. Britaniya dörd həftəlik məhdudiyyətlərə cümə axşamı başlayıb.

Yunanıstan çərşənbə günü yoluxanların sayının rekord həddə çatdığını, 2 646 yeni yoluxma, 18 ölüm halının qeydə alındığını bildirib. Təxminən 11 milyon insanın yaşadığı bu ölkədə pandemiya başlayandan bəri koronavirusa 47 minə yaxın insan yoluxub, onlardan 673-ü ölüb.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ölkənin səhiyyə sisteminə gücü zərbə vuran COVID-19-a yoluxmaların qarşısını almaq üçün şənbə günündən etibarən ölkə daxilində üç həftəlik sərt məhdudiyyətlər elan edib.

İtaliyanın baş naziri Cuzeppe Konte ölkəsində yenidən canlanan COVID-19-un qarşısını sərt şəkildə almaq üçün müxtəlif dərəcədə məhdudiyyətlər tətbiq edəcək yeni üçpilləli sistem təqdim edib.

Sistemdə İtaliyanın 20 bölgəsi qırmızı, narıncı və sarı rənglərlə üç bölgəyə ayırılıb. Qırmızı ən məhdud bölgələri, sarı isə daha az məhdud bölgələri göstərir.

Amerika Birləşmiş Ştatları cümə axşamı pandemiya başlayandan bəri ən çox, 117 mindən çox insanın yeni koronavirusa yoluxduğunu bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG