Accessibility links

Moskva yenidən karantin tədbirləri tətbiq edir


Rusiya ölkədə koronavirusun Delta variantından daha yoluxucu yeni variantına yeni yoluxma hallarının qeydə alındığını bildirib. Bu, Moskvanın konavirusa yoluxma və ölüm hallarında artım səbəbilə karantin tədbirlərini yenidən bərpa etdiyi bir vaxt təsadüf edir.

Yerli xəbər agentliklərinin bildirdiyinə görə, Rusiyanın Rospotrebnadzor təşkilatının baş elmi işçisi Kamil Hafizov oktyabrın 21-də deyib ki, AY.4.2 variantının geniş yayıla biləcəyi ehtimal olunur.

Hafizovun sözlərinə görə, yeni variant yeni COVID-19-ə yoluxma hallarının sürətlə artmasına səbəb ola bilər və hətta Delta variantını da əvəz edə bilər. Lakin o bildirib ki, bu prosesin yavaş olacağı ehtimal olunur.

Hafizovun xəbərdarlığı hökumətin işçi qrupunun keçən gün ərzində COVID-19-dan ölənlərin sayının 1036-ya çatdığını və pandemiya başlayandan bəri bunun ən yüksək rəqəm olduğunu, gündəlik yoluxmaların rekord 36,339 olduğunu bildirməsi ilə eyni vaxta təsadüf edib.

Rusiya rəsmi ölüm sayı 227,389 olmaqla, Avropada birinci, dünyada isə dördüncü yerdədir.

Son həftələrdə koronavirusa yoluxma və ölüm hallarının artması Moskva meri Sergey Sobyaninin oktyabrın 21-də oktyabrın 28 ilə noyabrın 7-si tarixləri arasında bağlanma tədbirlərinin yenidən tətbiq olunduğunu elan etməsinə səbəb olub. Zəruri mağazalar istisna olmaqla, şəhərin bütün mağazaları, barları və restoranları bağlanacaq.

Bu addım Prezident Vladimir Putinin oktyabrın 30-dan başlayaraq ölkə daxilində "qeyri-iş həftə"si elan etməsindən sonra atılıb.

Putin oktyabrın 20-də deyib ki, COVID-19-un ən dramatik vəziyyətinin olduğu bölgələrdə "qeyri-iş həftə"si oktyabrın 23-dən etibarən başlaya bilər. Prezident vaxtın vəziyyətdən asılı olaraq uzadıla biləcəyini bildirib.

Keçən ay daha sərt karantin tədbirləri tətbiq etməsinə baxmayaraq, Ukraynada da bir həftədir infeksiyalar və ölüm halları sürətlə atır.

Ukraynanın Səhiyyə Nazirliyi son 24 saat ərzində koronavirusa 22 415 yeni yoluxma halının qeydə alındığını bildirib. 41 milyon əhalisi olan Ukraynada 62 minə yaxın insan bu xəstəlikdən ölüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG