Accessibility links

Putin: Rusiyada genişmiqyaslı məhdudiyyətlər tətbiq edilməyəcək


Kreml rəsmilərinin son zamanlar xəstəliyin nəzarət altına alındığını demələrinə baxmayaraq, Rusiya cümə axşamı yeni koronavirusa yoluxma və ölüm hallarının rekord həddə çatdığını bildirib.

Ölkənin Koronavirus İş Qrupunun bildirdiyinə görə, təkcə cümə axşamı koronavirusa 17 717 yoluxma və 366 ölüm halı qeydə alınıb. Beləliklə, bu qlobal yoluxucu xəstəlik başlayandan bəri ölkədə 1,5 milyondan çox yoluxma, 27 301 ölüm hadisəsi olub.

Rusiya hazırda dünya miqyasında koronavirusa yoluxma hallarına görə Braziliya, Hindistan və ABŞ-dan sonra dördüncü yerdədir.

Kreml sözçüsünün ölkənin səhiyyə sisteminə “maksimum təzyiq” edildiyini deməsinə baxmayaraq, prezident Vladimir Putin cümə axşamı rusiyalıları baharda olduğu kimi iqtisadiyyatı tənəzzülə uğradan və reytinqini aşağı salan məhdudiyyətlərin təkrarlanmayacağına əmin edib.

"Biz iqtisadiyyat və biznesləri tamamilə dayandıracaq genişmiqyaslı məhdudiyyətlər tətbiq etməyi planlaşdırmırıq" - deyə, Putin onlayn keçirilən illik İnvestisiya Forumunda bildirib.

Putinin aprel ayında uzunmüddətli “işsiz bayram” qərarı səsihiyyə işçilərinə virusun yayılmaması cəhdlərinə yardım etmişdi. Lakin ailələr və bizneslərə iqtisadi yardım göstərilməməsi kəskin tənqidlərə səbəb olmuşdu.

Rusiya lideri vətəndaşlarının sağlamlığının hökumətin əsas prioriteti olaraq qaldığını deyib.

Rusiya rəsmiləri ölkədə koronavirusa yeni yoluxmalar fonunda bir gündə ölüm hallarının rekord həddə çatmasından sonra çərşənbə axşamından etibarən ölkə boyu icbari maska taxılmasına göstəriş verib.

Şərhlərə bax

XS
SM
MD
LG