Accessibility links

Son bir sutkada Rusiyada COVİD-dən 929 nəfər ölüb


Rusiyada ölkədə vaksinasiya səviyyəsinin aşağı olduğu fonda rəsmilərin xəstəliyin yayılmasına nəzarət etmək üçün sərt məhdudiyyətlər tətbiq etmək istəmədiyi bir vaxt oktyabrın 6-da COVID-19-nəticəsində bir sutkada yeni 929 ölüm halı qeydə alınıb. Bu, pandemiyanın başlamasından bəri ən yüksək göstəricidir.

Beləliklə, yeni ölüm halları ilə Rusiyada koronavirusdan ölənlərin ümumi sayı 2120000-ni keçib və bu, Avropada ən yüksək rəqəmdir. Bir çoxlarının fikrincə, ölkədə koronavirusdan ölüm hallarının sayı olduğundan daha aşağı səviyyədə göstərilir.

Rəsmi olaraq koronavirusa 7.6 milyondan çox yoluxma halının qeydə alındığı Rusiya hazırda dünya ölkələri arasında pandemiyanın ən ağır təsirinə məruz qalmış beşinci ölkəsidir.

Ölkədə avqust ayından bəri son dərəcə yoluxucu Delta variantının yayılması nəticəsində yoluxanların sayının artdığı müşahidə edilib.

Rusiyanın istehsal etdiyi bir neçə peyvənd aylardır mövcuddur və rəsmilər vaksinlərə şübhə ilə yanaşan əhalini inandırmaq üçün səy göstərir.

Bölgələrdən COVID-19 məlumatlarını toplayan Gogov veb səhifəsinin bildirdiyinə görə, oktyabrın 6-sı tarixinə qədər 146 milyon əhalisi olan Rusiyada cəmi 30 faizdən az insan tam peyvənd olunub.

Koronavirus infeksiyaları və ölüm hallarının artmasına baxmayaraq, rəsmilər ölkədə ciddi məhdudiyyətlər tətbiq etməyib.

Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 6-da karantinin "hər hansı bir region üçün tamamilə arzuolunmaz bir ssenari" olacağını deyib.

Bir gün əvvəl Moskva meri Sergey Sobyanin şəhərin "ən yüksək göstəricilərdən uzaq olduğunu" deyib və infeksiyalarda artımın aşkarlama səviyyəsinin yüksək olması ilə əlaqədar olduğunu bildirib.

XS
SM
MD
LG