Accessibility links

Rusiyada COVID-19-dan gündəlik ölüm hallarında rekord qeydə alınıb


Rusiya
Rusiya

Rusiyada koronavirus infeksiyasından yeni ölüm halı qeydə alınıb. Rəsmi statistikaya görə, sentyabrın 28-i səhərə olan məlumata görə, gün ərzində 852 nəfər xəstəlikdən dünyasını dəyişib. Bu barədə COVID-19 ilə mübarizə üzrə federal əməliyyat qərargahı məlumat yayıb.

Son 30 gündə dördüncü dəfədir ki, ölüm halları ilə bağlı rekord yenilənir. Bundan əvvəl bir gündə 828 adamın öldüyü 24 sentyabr tarixində rekord qeydə alınmışdı. Yalnız federal operativ qərargahın məlumatına görə, pandemiya başlayandan bəri Rusiyada 205 531 nəfər həyatını itirib.

Ötən gün ərzində Rusiyada 21559 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Pandemiya başlayandan bəri ümumi göstərici 7 464 708-ə bərabərdir. Bütün yeni yoluxma hallarının çoxu Moskva, Sankt -Peterburq, Moskva ətrafındakı bölgələr, Nijni Novqorod və Sverdlovsk bölgələrində müşahidə edilib.

Gün ərzində 17 368 nəfər koronavirusdan sağalıb. Pandemiya başlayandan bəri ümumilikdə 6 635 485 nəfər COVID-19-dan müalicə olunub.

Rosstat-a görə, yalnız iyul ayına qədər xəstəlikdən və onun nəticələrindən təxminən 365 min insan ölüb. Bir çox demoqraf ölüm nisbətinin nə qədər çox olduğunu qeyd edən həddindən artıq ölüm nisbətinə diqqət yetirir İyul ayında bu, 530 min nəfəri keçib, mütəxəssislər bu ölümlərin əksəriyyətinin koronavirus və onun nəticələri ilə izah edir.

İnterfaks mənbəyi Moskva rəsmilərinin Dövlət Dumasına seçkilər ərəfəsində pandemiya ilə əlaqədar ləğv edilən məhdudiyyətlərə qayıtmağı istisna etmədiyini deyib.

Rəsmi mənbələrə görə, Oksford Universiteti tərəfindən tərtib edilən statistikaya əsasən, Rusiyada sakinlərin 21%-i peyvəndin hər iki dozasını, 28%-i isə ən azı bir dozanını vurdurub.

XS
SM
MD
LG