Accessibility links

Qovulmalarına göstəriş verilmiş rus diplomatlar Britaniyanı tərk etdilər


Rusiya səfirliyinin işçiləri həmkarlarının deportasiyasına reaksiya verir. London, Britaniya, 20 mart, 2018.
Rusiya səfirliyinin işçiləri həmkarlarının deportasiyasına reaksiya verir. London, Britaniya, 20 mart, 2018.

Britaniyanın sinir maddəsi hücumu ilə bağlı ölkədən çıxmalarına göstəriş verdiyi 23 Rusiya diplomatı çərşənbə axşamı Birləşmiş Krallığı tərk edib.

Qovulmuş diplomatlar Londondakı Rusiya səfirliyini tərk edərək Stansted aeroportuna yollanıblar.

Çərşənbə axşamı Londonda Rusiya səfirliyi önündə yük maşınları görülüb.

Rəsmi Vaşinqton Britaniya, Fransa və Almaniya hökumətlərinin hücumun arxasında rusların dayandığına dair yekun qənaətini paylaşdığını bəyan edib.

Rusiya bu addıma cavab olaraq 23 britaniyalı diplomatı ölkədən çıxarır. Onların növbəti günlər ərazində Moskvanı tərk edəcəkləri gözlənilir.

Rusiya martın əvvəlində Britaniyanın Salisbury şəhərində keçmiş casus Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində əli olduğunu inkar edir. Skripal və qızının vəziyyəti hələ hə kritik olaraq qalır.

Britaniya zəhərlənməyə görə Rusiyanı ittiham edir. Qərb qüdrətləri bunu Rusiyanın xarici ölkələrə getdikcə artan aqressiv müdaxiləsinin nümunəsi kimi qiymətləndirir.

Rəsmi Vaşinqton Britaniya, Fransa və Almaniya hökumətlərinin hücumun arxasında rusların dayandığına dair yekun qənaətini paylaşdığını bəyan edib.

Britaniya baş naziri Tereza Mey Rusiyanın aqressiv əməllərinə sərt cavab veriləcəyini bəyan edib.
Britaniya baş naziri Tereza Mey Rusiyanın aqressiv əməllərinə sərt cavab veriləcəyini bəyan edib.

Birgə bəyhanatda “hücumun alternativ izahatı” olmadığı vurğulanır və Rusiya hökumətinin Britaniyanın tələb etdiyi izahata adekvat cavab verməməsi qeyd olunur.

Moskva Britaniyanın Sovet dövründən qalmış kimyəvi sinir maddəsinin sabiq rusiyalı casus Sergey Skripalı və onun qızı Yuliyanı İngiltərənin Salisburi şəhərində zəhərləməsinə dair izahat tələbinə məhəl qoymadıqdan sonra Böyük Britaniya 23 Rusiya diplomatını ölkədən çıxaracağını aydın etmişdi.

Sergey Skripal və onun qızının zəhərləndiyi yerdə gül dəstələri qoyulub.
Sergey Skripal və onun qızının zəhərləndiyi yerdə gül dəstələri qoyulub.

Meyin çıxışından bir müddət öncə NATO bəyanat verib və "NATO təsis olunandan bəri ittifaq ərazisində əsəb-sinir sisteminə təsir göstərən qazdan istifadəyə görə dərin narahatlığını" ifadə edib. Britaniya rəsmiləri isə BMT-nin Təhlükəsizlik Şurasında məsələ ilə bağlı iclasın keçirilməsinə çağırıb.

Baş nazir Tereza Mey Rusiya prezidenti Vladimir Putin, Kreml rəsmiləri və Putinə yaxın oliqarxlara qarşı aktivlərin dondurulması, Londondakı evlərinin müsadirə edilməsi və həmin Rusiya rəsmilərinə viza qadağası tətbiq edilməsi də daxil olmaqla, iqtisadi müharibəyə başlayacağını bəyan edib.

“Bizim planlarımızın Rusiya üçün ciddi fəsadları olacaq.

Baş nazir beynəlxalq müttəfiqləri Britaniyaya qoşularaq dünyanın diqqətini Kreml rəsmilərinə məxsus milyardlarla dollar dəyərində aktivlərə çəkməyə çağırıb.

Rəsmilər Britaniyanın tədbirlərinin Kremllə əlaqəsi olan rusiyalılara ziyan vuracağını deyib. Britaniya rəsmiləri cinayət maliyyə qanunvericiliyi çərçivəsində rusların aktivlərini müsadirə etmək səlahiyyətinə malikdir.

“Bizim planlarımızın Rusiya üçün ciddi fəsadları olacaq,” deyə, yüksək səviyyəli Britaniya rəsmisi Amerikanın Səsinə bildirib.

XS
SM
MD
LG