Rusiya idmançıların dopinqdən geniş şəkildə istifadə etməsi və bunun ört-basdır edilməsi səylərinə dair iddiaları əsassız adlandıraraq anti-dopinq agentliyi və Beynəlxalq Olimpiya Komitəsinin qaydalarına ciddi şəkildə əməl edildilndə təkid edib.
Kremlin sözçüsü Dmitri Peskov iddiaları sübut etmək üçün dəlillərin təqdim edilmədiyini bildirib.
Bazar günü Ümumdünya Antidopinq Agentliyinin komissiyasının açıqladığı hesabatda Rusiya idmançıları, məşqçilər, həkimlər, milli antidopinq agentliyi və 2014-cü ildə Soçi Olimpiya oyunları üçün dopinq testlərinin nəticələrini təqdim edən Moskvadakı laboratoriya da daxil olmaqla bir sıra təsisatların pozuntularda iştirark etdiyini bildlirib.
Ümumdünya Antidopinq Agentliyinin hesabatında Beynəlxalq Olimpiya Komitəsi və Yüngül Atletika Federasiyaları Beynəlxalq Assosiasiyasına Rusiya idmançılarının yarışlarda iştirakına qadağa qoymasını tövsiyə edib.
Yüngül Atletika Federasiyaları Beynəlxalq Assosiasiyasının rəhbəri Sebastian Koe Rusiyaya bu iddiaları ünvanlamaq üçün bu həftənin sonuna qədər vaxt verib.
Hesabat Ümumdünya Antidopinq Agentliyinin komissiyasının apardığı 10 aylıq təhqiqatın nəticəsidir.