Rusiya qanunvericilərinin ABŞ media nümayəndələrinin parlamentin aşağı palatasının toplantılarına daxil olmalarını qadağa edən qanun layihəsini müzakirəsini edəcəkləri gözlənilir.
Dövlət Dumasının üzvü Olqa Savastyanova cümə günü Rusiya mətbuatına bildirib ki, bu addım Rusiya höküməti tərəfindən maliyyələşən Russia Today televiziya kanalının ABŞ Kapitol binasının içərisindən yayım həyata keçirməsinin qadağan edilməsi ilə bağlı qərara cavab olaraq atılır.
Keçən həftə Rusiya prezidenti Vladimir Putin xaricdən maliyyə dəstəyi alan media qurumlarının “xarici agentlər” kimi tanınması və onlara qarşı sanksiyalar tətbiq edilməsi səlahiyyəti verən sərancam imzalayıb.
Rusiya rəsmiləri yeni qanunu “simmetrik cavab” adlandırıblar və ABŞ-ın Rusiya mətbuatına qarşı təzyiqlərinə cavab olduğunu bildiriblər. 13 noyabr tarixində ABŞ təxminən on il öncə qüvvəyə minən Xarici Agentlərin Qeydiyyatı Aktı (FARA) çərçivəsində Russia Today televiziya kanalını Xarici Agent kimi qeydiyyata alıb.
FARA-nın məqsədinin şəffaflığın təbliğ edilməsi olduğunu bildirən ABŞ-ın Rusiyadakı səfiri Con Hansman əlavə edib ki, bu akt televiziya şəbəkəsinə ABŞ-da fəaliyyət göstərmək üçün məhdudiyyət qoymur.