Rusiya, Pakistan və Çin dekabrın 27-də Moskvda terrorizmə qarşı mübarizəyə dair üçtərəfli danışıqların növbəti raundunda Əfqanıstanda vəziyyəti müzakirə edəcək
Rusiyanın İslamabaddakı səfiri Aleksey Dedov görüşlə bağlı detallraı Pakistanın dövlətə məxsus radiosuna müsahibə zamanı açıqlayıb.
Onun sözlərinə görə, bu, Pekində və İslamabadda keçirilmiş görüşlərdən sonra Əfqanıstsana dair üçtərəfəli işçi qrupun üzvlərinin üçüncü görüşü olacaq.
"Təəssüf ki, Əfqanıstanda baş verənlər narahatlıq doğuraraq nikbinliyə əsas vermir. Burada əsas üç mühüm element çatışmır. Bunlar stabil müstəqil iqtisadiyyat, yaxşı idarəçilik və güclü ordudur"-deyə səfir bildirib.
Pakistan, Rusiya və Çin rəsmilərinin bildirdiyinə görə, təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi və İŞİD-la əlaqəsi olan dəstələrin Əfqanıstanın sərhəd bölgələrində mövcudluğu terrorizmin yayılmasının qarşısının alınması məqsədilə "regional anti-terror strukturunun" yaradılması kimi bir zərurət yaradıb.
Təəssüf ki, Əfqanıstanda baş verənlər narahatlıq doğuraraq nikbinliyə əsas vermir. Burada əsas üç mühüm element çatışmır. Bunlar stabil müstəqil iqtisadiyyat, yaxşı idarəçilik və güclü ordudurAleksey Dedov
Taliban qüvvələrinin keçən il fəallaşması ölkənin keçmiş Sovet İttifaqının Mərkəzi Asiya respublikaları ilə sərhəddə yerləşən bir neçə şimal vilayətində Əfqanıstan təhlükəsizlik qüvvələrini yeni hərbi sınaqlar qarşısında qoyub.
Moskva Əfqanıstanın şimalında təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi nəticəsində İŞİD terrorizminin Rusiyaya, Çinə və Mərkəzi Asiya regionuna yayılmasından narahatdır.
Rusiya Əfqanıstanda öz vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və üsyançıların Əfqanıstanda sülh prosesinə qatılmasını təşviq etmək məqsədilə Talibanla məhdud siyasi əlaqələr saxladığını bu yaxınlarda etiraf edib. Rəsmi Moskvanın bu açıqlaması Əfqanıstanda tənqidlə qarşılanıb.