Ölkədəki tənəzzül və təcrübəli işçi çatışmazlığı nəticəsində sənaye müəssisələri çətinliklərlə üzləşdiyi üçün Rusiya ənənəvi əl işi sənətlərini itirmək təhlükəsi ilə üzləşir.
Rusiyanın Jostovo boyanmış metal siniləri kimi əsrlər boyu mövcud olan əl sənətləri İkinci Dünya Müharibəsi zamanı demək olar ki məhv olmuşdu.
Hazırda bəzi çətinliklər mövcuddur. Bizim dövlət büdcəsindən maliyyə subsidiyalarımız var, amma onlar kifayət etmir
“Çünki bütün sənətkarlar müharibəyə getmişdi. O zaman fabrikə qızlar gəlməyə başladı və orada nə metal, nə də boya var idi.”
Yenidən bərpa olunanadək fabrikdə ABŞ-dan göndərilən SPAM dəmir bankalardan istifadə olunurdu.
Bu günlər isə Jostovo və onun adını daşıyan şəhər yeni çatışmazlıqla üzləşir: bu ənənəni davam etdirmək istəyən gənclər.
Sovet İttifaqı bazara daha ucuz, fabrikdə istehsal olunan əşyaları daxil edəndən sonra Rusiyanın əl sənəti azalmağa başladı.
Tənəzzülə doğru gedən iqtisadiyyat onların davamlılığını təhlükəyə atır.
“Hazırda bəzi çətinliklər mövcuddur. Bizim dövlət büdcəsindən maliyyə subsidiyalarımız var, amma onlar kifayət etmir.”
İqtisadi tənəzzül bəzi əl sənətlərinə mənfi təsir göstərsə də, Qjel farforu kimi digər sənətlər bundan faydalanır.
Gjel farfor fabrikinin baş direktoru Pyotr Sivov 2008-ci il böhranı zamanı Qjel farforuna tələbin artdığını deyir, çünki o zaman Rusiya farfor idxalı dayanmışdı. Bu səbəbdən də daxili tələbat artdı və cənab Sivov bu gün də vəziyyətin eyni olduğunu ehtimal edir.
Üçüncü nəsil farfor sənətkarı Tatyana Sivovanın sözlərinə görə isə Soçi Olimpiya Oyunları kimi dövlət müqavilələri onlara böyük yardım göstərir.
Onlar həmçinin Rusiyanın əl sənətinin gələcək illərdə də davam etdirilməsini təmin etmək məqsədilə gənc rəssamların bu sahəyə yeni bacarıqlar, trendlər və ideyalar təqdim etməyə təşviq edirlər.