Accessibility links

Elton Con "Rocketman" filminin senzurasına görə Rusiyanı tənqid edib


Elton Con "Rocketman" filminin senzurasına görə Rusiyanı tənqid edib
please wait

No media source currently available

0:00 0:01:55 0:00

Britaniyalı ulduz Elton Con və "Rocketman" filminin istehsalçıları Rusiyanı filmin homoseksuallar və narkotik səhnələrinin kəsilməsinə görə ciddi tənqid edib. LGBT hüquqlarının müdafiəsi Rusiyada pis göstəricilərə malikdir. Hətta bu ölkədə qeyri-ənənəvi seksual münasibətləri yasaqlayan qanun da qüvvədədir. Rusiyalı fanatlar filmin səhnələrinin kəsilməsinə görə təəssüflərini və LGBT icmasının ölkədə qəbul edilmədiyini bildirir.

Elton Conun fanatları Moskvanın müstəqil kino-teatrında nümayiş etdirilən filmin tam versiyasını görmək istəyirdi. Lakin onlar "Rocketman" filminin homoseksuallar və narkotik səhnələrinin kəsildiyi ilə üzləşib.

"Geylər də digərləri kimi tam hüquqlarla təmin edilməlidir. Səhnələrin kəsilməsi onların hüquqlarının pozulması deməkdir" , intellektual əmlak üzrə mütəxəssis Aleksandr İlyin bildirib.

Lakin heç də hamı belə düşünmür.

"Mən bunsuz da yaşaya bilərəm. Əgər iki kişinin öpüşmək səhnəsini izləmək istəsəm, porno filmi alaram" - deyə, Antropologiya professoru Tatyana Fedotova bildirib.

İlk dəfə 1979-cu ildə Sovet dövründə konsertlər təşkil edən Elton Con Rusiyada çox məşhurdur. O, Rusiyanı anti-gey qanunlarına görə tənqid edir.

Elton Con və "Rocketman" filminin istehsalçıları birgə bəyanat yayaraq, filmin senzurasını ən kəskin şəkildə pisləyib.

Bəyanatda deyilir ki, Rusiya qanunları və filmin senzurası Rusiya marketlərinə ciddi ziyan vurur. Onlar filmin “yaxşısı və pisi ilə” Elton Conun qeyri-adi həyatını təsvir etdiyini bildirib.

"Bu filmi mən çəkmək istəyirdim. Fikir 10 il idi ki, gedib gəlirdi. Dəfələrlə gəlib, gedib. Lakin çəkmək istədiyim bir film olub. Heç nəyinin dəyişdirilməsini istəmirəm. Çox əla çəkilib" -deyə Elton Çon fikrini bölüşüb.

Conun obrazını Şotlandiya aktyoru Riçard Maddenlə sevgi səhnəsi yaşayan Britaniya aktyoru Taron Egerton canlandırıb.

"Buna hazırlaşmaq üçün nə etdim? Heç nə. Bu, gözəl bir aktyorla gəzəl bir dostluq idi. İkimiz də bilirdik ki, bir az qəribə olacaq. Lakin bərabər şəkildə işimizi gördük. Düşünürəm ki, gözəl bir səhnə alınıb" , Taron Egerton deyib.

"Rocketman" premyerası ABŞ-ın böyük ekranlarında artıq ötən həftədən nümayiş etdirilir. Filmin yetkinlik yaşına çatmayanların izləməsinə iacazə verilmədiyi üçün izləyicilərinin sayı məhduddur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG