Accessibility links

Rusiya ATƏT-in Ukraynada nəzarəti artırmasını istəyir


Bu yolla Rusiya Qərbin tətbiq etdiyi sanksiyaların yüngünləşdirilməsinə nail ola bilər

Rusiya son razılığa görə minomyotlar, tanklar və yüngül artileriyanın çıxarılmasına nəzarətə yardım üçün Avropanın Ukraynaya daha geniştərkibli müşahidə missiyası göndərməsini istəyir.

Rusiyanın ATƏT-in daha geniş missiyasını dəstəkləməsi Kremlin sülh prosesinin uğurlu olmasını istədiyinə işarə ola bilər. Bu yolla Rusiya Qərbin tətbiq etdiyi sanksiyaların yüngünləşdirilməsinə nail ola bilər.

“Rusiya müşahidəçilərin sayılının 1000 nəfərədək artırılmasının tərəfdarıdır” – deyə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Hazırda missiya 543 nəfərdən ibarətdir.

Nazirliyin bu bəyanatı bazar ertəsi xarici işlər naziri Sergey Lavrovla ATƏT-in baş katibi Lamberto Zannier arasında keçiriləcək danışıqlar ərəfəsinə təsadüf edir.

ATƏT-in Ukraynadakı missiyası bu ilin fevral ayında əldə olunmuş sülh razılığına əsasən üsyançıların nəzarətində olan iki regionda fəaliyyət göstərir və separatçılarla Ukrayna hökumət qüvvələri arasında atəşkəsə nəzarət edir. Ancaq razılığa baxmayaraq tərəflər tez-tez atəşkəsi pozublar.

XS
SM
MD
LG