Accessibility links

Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib


Rusiya Ordusunun 1920-ci il aprelin 28-də Azərbaycana daxil olmasının ildönümündə Xalq Hərəkatının bir qrup fəalı Rusiyanın Azərbaycandakı səfirliyinin binası qarşısında “Rusiya Ordusu Azərbaycandan çıxarılsın!”, “Biz Türk Ordusunu isyəyirik!” şüarları ilə aksiya keçirib. Polis fəalların qaldırdığı şüarları alıb və etirazçıları səfirlik binasının qarşısından uzaqaşdırıb.

“Biz, Azərbaycan xalqı Rus Ordusunu istəmirik. Rus Ordusu Qarabağdan çıxarılsın. Onlar sülhməramlı deyil. Rus hərbçiləri vaxtı ilə pul müqabilində Azərbaycan əsgərlərini öldürüb. Biz istəyirik ki, Rusiya Ordusunu Türkiyə Ordusu əvəz etsin,” etirazçılardan biri deyib.

Rusiyanın Azərbaycandakı Səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Rusiyanın Azərbaycandakı Səfirliyi qarşısında etiraz aksiyası keçirilib

“Rus Ordusu Azərbaycanda dəfələrlə soyqırım edib. Əgər Rusiya Ordusu Şuşaya "İsgəndər-M" raketi atıbsa, bu ordunun adını sülhməramlı çağırmaq olmaz. Yetər artıq, Rusiya Ordusu Azərbaycanı tərfk etməlidir,” digər etirazçı qeyd edib.

Aksiyanın qətnaməsində deyilir ki, Azərbaycan Xalq Hərəkatı Rusiya Ordusunun ölkəyə gətirilməsini Azərbaycanın müstəqilliyinə qəsd kimi qiymətləndirir.

“Münaqişə zonasında atışı qadağan edilmiş "İsgəndər-M" raketinin qalıqrları tapılıb. Rusiya Ordusu slühməramlı missiyasına aid olmayan xidmətlər göstərir. Rədd olsun Rusiya Ordusu, rədd olsun Putin!” qətnamədə qeyd edilir.

Azərbaycan Xalq Hərəkatı 2019-cu il yanvarın 26-da Əbülfəz Elçibəy hakimiyyəti dövründə daxili işlər naziri olmuş, mərhum İsgəndər Həmidovun təşəbbüsü ilə yaradılıb. Quruma bir sıra siyasi partiyalar, ictimai təşkilatlar və fəallar daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG