Accessibility links

Rusiya hakerlərinin ərəb ölkələrinin dövlət xəbər agentliyinə yalan xəbərlər yerləşdirdiyinə dair iddiaları rədd edib


Rusiya rəsmiləri hakerlərinin Qətər və digər ərəb ölkələrinin dövlət xəbər agentliyinə yalan xəbərlər yerləşdirdiyinə dair iddiaları rədd edib.

Rusiya prezidentinin kiber-təhlükəsizlik üzrə nümayəndəsi deyib ki, CNN xəbər agentliyinin bu haqda məlumatı "sıfır dəlillərə" əsaslanır.

Rusiya parlamentinin yuxarı palatasının xarici əlaqələr komitəsinin rəhbər müavini Vladimir Cabarov iddiaları rədd edərək, bunu Amerikanın Rusiyanın Yaxın Şərqdə nüfuzdan salmaq cəhdi kimi qiymətləndirib.

Cabarov bildirib ki, məlumat nə verirsə versin, orada ruslar və rus hakerlərin adını hallandırmaqla "dünyanın başına hava gəldiyini"göstərir.

XS
SM
MD
LG