Accessibility links

Vaşinqton və London Moskvanı haker hücumlarında günahlandırıb


ABŞ-ın Federal Kəşfiyyat Agentliyi (FBİ), Daxili Təhlükəsizlik Nazirliyi və Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən xəbərdarlıq yayılıb.

Vaşinqton və London Rusiyanın hakerlik hücumlarının qlobal kampaniyasına 2015-ci ildən başladığını bəyan edib.

Britaniya və ABŞ hökumətləri hücumların özəl şirkətlər, internet provayderləri, habelə infrastruktur təminatçılarını hədəf aldığını bildirsə də, şirkətlərin adlarını açıqlamayıb.

Rusiya bu ittihamları rədd edib. Kreml sözçüsü Dmitri Peskov müxbirlərə bildirib ki, son ittihamların nəyə əsaslandığından xəbərdar deyil. O, iddiaların əsassız və ədalətdən uzaq olduğunu deyib.

Daha əvvəl də iki ölkə Risiyadan hücumlar edildiyini bildirirdi. Lakin hökumətlə cinayətkarlar arasında sərhəd qoyulurdu. Bu dəfə isə birbaşa Kreml günahlandırılıb.

Vaşqinton və London rəsmilərinin bildirdiyinə görə, xəbərdarlıq potensial qurbanların müdafiəsi məqsədi daşımaqla yanaşı, onların hüquq-mühafizə orqanlarını məlumatlandırılması, habelə təhlükənin mahiyyətini dərk etmələrinə yardım məqsədi daşıyır.

XS
SM
MD
LG