Accessibility links

Rusiyanın hava zərbələri nəticəsində 40-a yaxın İŞİD yaraqlısı öldürülüb


Suriyanın Der Əl-Zor şəhərində Rusiyanın hava zərbələri nəticəsində 40-a yaxın İŞİD yaraqlısı öldürülüb.

Rusiyanın Müdafiə Nazirliyi hücumlarda Su-34 və Su-35 qırıcı təyyarələrdən istifadə edildiyini bildririb. Sentyabrın 5-də əldə edilən kəşfiyyat məlumatlarından İŞİD komandirlərinin şəhər yaxınlığında gizli toplantı keçirdiyi məlum olub.

Öldürülənlər arasında xarici döyüşçülərə rəhbərlik edən Əbu Məhəmməd Əl-Şimali də var.

Müdafiə Nazirliyi İŞİD-in "müharibə naziri" Gülmurad Xalimovun görüşdə iştirak etdiyini və hücum zamanı ölümcül yaralandığını bildirib.

Tacikistanın elit polis qüvvələrinin sabiq komandiri Xalimov Amerikada təlimlərdən keçib. O, 2015-ci ilin aprel ayında İslam Dövləti qrupunun sıralarına cəlb edilib. Video görüntüsündə Xalimov vətəninə qayıtdıqdan sonra şəriət qanunlarını tətbiq edəcəyinə and içib.

XS
SM
MD
LG